Efqanistan Milli Futbol Komandasi - Wikipedia
Əfqanıstan milli futbol komandası (puşt. دافغانستان ملی فوتبال ټیم) — Əfqanıstanı beynəlxalq futbol arenasında təmsil edən və Əfqanıstan Futbol Federasiyası tərəfindən idarə olunan milli komanda. Hazırda baş məşqçisi alman mütəxəssis olan Otto Pfisterdir[1].
Assosiasiya | Əfqanıstan Futbol Federasiyası | ||
---|---|---|---|
Sub-konfederasiya | CAFA | ||
Konfederasiya | AFC | ||
Baş məşqçi | Otto Pfister | ||
Kapitan | Fərsad Nur | ||
Ən çox oyun keçirən | Zahob İslam Amiri | ||
Ən çox qol vuran | Balel Arezou | ||
Stadion | Gazi Stadionu | ||
FİFA kodu | AFG | ||
FİFA reytinqi | Əfqanıstan FİFA reytinqi | ||
Ən yüksək FİFA reytinqi | 122 (Aprel 2014]]) | ||
Ən aşağı FİFA reytinqi | 204 (Yanvar 2003) | ||
Elo reytinqi | Əfqanıstan Dünya Elo Reytinqi | ||
Ən yüksək Elo reytinqi | 83 (Avqust 1941) | ||
Ən aşağı Elo reytinqi | 210 (Noyabr 2010) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
İran- Əfqanıstan(0-0)(Kabul, Əfqanıstan-25 avqust,1941) | |||
Ən böyükhesablı qələbəsi | |||
Əfqanıstan- Butan(11-0)(Yeni Dehli, Hindistan-7 dekabr,2011) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
|
Tarixi
redaktəTarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş[2]
Əfqanıstan milli futbol komandası hələ 1922-ci ildən mövcud olmuşdur. Lakin ölkənin futbol federasiyası yalnız 1948-ci ildə FİFA-ya üzv ola bilib. 1954-cü ildə isə qurucu üzvlərdən biri kimi Asiya Futbol Konfederasiyasına qatılıb.
1996-2001-ci illərdə ölkədə hakim olan "Taliban" rejiminin təzyiqlərinə məruz qalan milli komanda rəsmi oyunlara çıxmayıb. Nəhayət, 2002-ci ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında iştirak edən milli komanda ilk matçında meydan sahibinə 0:2 hesabı ilə məğlub olub. Hazırda bosniya və herseqovinalı baş məşqçi Slaven Slekedziçin çalışdırdığı milli komanda FİFA-nın reytinq cədvəlində 134-cü pillədə yer alıb (2015 sentyabr). Bu siyahıda milli komandanın tarixində ən yüksək göstəricisi 2014-cü ilin aprel ayında qeydə alınmış 122-ci pillədir[3].
Əfqanıstan millisinin ən böyük uğuru 2013-cü ildə keçirilən Cənubi Asiya Kubokundakı çempionluqdur və bu, həddindən artıq çətin vəziyyətdə olan ölkə üçün dünya çempionluğuna bərabər nailiyyət hesab olunur. Elə həmin il 2013-cü ilin "Qızıl Top" mükafatının təqdimetmə mərasimində Əfqanıstan Futbol Federasiyasının təmsilçisinə FİFA-nın "feyr-pley" mükafatı verilmişdi[3].
Stadionu
redaktəƏfqanıstan milli futbol komandasının ev oyunlarını keçirdiyi əsas stadion "Qazi" stadionudur. Ölkədəki 2-3 beynəlxalq stadiondan biri olan "Qazi" stadionu hazırda azarkeş tutumuna görə (30000 nəfər[4]) ölkənin ən böyük stadionudur. Burada ilk matç 1 yanvar 1941-ci il tarixində Əfqanıstan və İran milli komandaları arasında keçirilmiş və qarşılaşma 0:0 hesabı ilə başa çatmışdır.
2011-ci ildə meydança bərpa edilib - təbii ot örtüyü süni ot örtüyü ilə dəyişdirilib. Bunda əsas səbəb yay aylarında Əfqanıstanda havaların çox isti keçməsi, eləcə də içməli su problemi idi. 15 dekabr 2011-ci ildə isə Əfqanıstan Milli Olimpiya Komitəsi stadionda açılış mərasimi təşkil etdi. Sözügedən mərasimdə ABŞ-nin bu ölkədəki elçisi Ryan Kroker və Əfqanıstan Milli Olimpiya Komitəsinin prezidenti Məhəmməd Zahir Əkbər kimi şəxslər vardı[3].
Stadiondan hazırda milli komanda ilə yanaşı, qonşu əyalət və ölkələrin qarşılaşmaları üçün də istifadə olunur[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Otto Pfister, New Mentor For Afghanistan National Football Team - English - Middle East Press". middleeastpress.com. 12 February 2017. 13 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 May 2017.
- ↑ Qadiry, Tahir. "Roshan Afghan Premier League a hit with fans". BBC News. September 22, 2012. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
- ↑ 1 2 3 4 Ürfan Məmmədzadə. Futbolun acıları unutdurduğu ölkə- YAZI Arxivləşdirilib 2015-09-16 at the Wayback Machine. korner.az, 31.08.2015 (az.)
- ↑ Stampede in Kabul match Arxivləşdirilib 2015-04-08 at the Wayback Machine. sports.ndtv.com, 25.07.2007 (ing.)
Xarici keçidlər
redaktə- Əfqanıstan Futbol Federasiyasının rəsmi saytı Arxivləşdirilib 2007-10-13 at the Wayback Machine
- Official website Arxivləşdirilib 2016-07-01 at the Wayback Machine
- ELORATINGS