Efzeleddin Xaqani - Wikipedia
Xaqani Şirvani (təq. 1121[1], Şirvan, Şirvanşahlar dövləti[2] – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.p
Xaqani Şirvani | |
---|---|
fars. خاقانی | |
| |
Doğum adı | Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvani |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Dəfn yeri | |
Vətəndaşlığı | Şirvanşahlar dövləti |
Milliyyəti | azərbaycanlı |
Atası | Əbülhəsən Əli[d] |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | farsca və ərəbcə |
Janr | poeziya |
Xaqani Şirvani Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[3]
Həyatı
redaktəŞairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir.
Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilmişdir.
Yaradıcılığı
redaktəXaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.
İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.
Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.[4]
Səsləndirilmiş şeirləri
redaktə- Bəri bax — səsləndirən: Nurəddin Mehdixanlı
Şeirlərinə yazılmış musiqi əsərləri
redaktə- Bülbül — Bəxtəvər oldum — musiqi: Tofiq Quliyev
- Azər Zeynalov — Bəxtəvər oldum — musiqi: Tofiq Quliyev
- Rəşid Behbudov — Nazənin — musiqi: Cahangir Cahangirov
- Yaşar Seferov — Nazenin — musiqi: Cahangir Cahangirov
Xaqaniyə ithaf əsərlər
redaktə- "Xaqani" mənzum dramı (1955) — şair: Məmməd Rahim
- "Sözün xaqanı" roman[5] (2020) — şair, yazıçı: Sona Abbasəliqızı
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Gershevitch I., Yarshater E., Frye R. N., Jackson P., Avery P. The Cambridge History of Iran (ing.). Cambridge University Press, 1968. Vol. 5. P. 569.
- ↑ Moin M. فرهنگ فارسی معین. Amir Kabir Publishers, 1972.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may]] 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ "Şöhrəti vüqarına sığışdırmayan şair. Xalq Cəbhəsi.- 2012.- 13 noyabr.- S.14". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Sona İsmayılova Xaqani Şirvaniyə roman yazdı - Ədəbiyyatda ilk tehsilpress.az". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
Xarici keçidlər
redaktə- Xaqani Şirvani — Seçilmiş əsərləri. Bakı: "Lider" nəşriyyatı, 2004.
- Xaqani Şirvani. "Ərəbcə şeirləri" – filoloji tərcümələr Arxivləşdirilib 2017-06-22 at the Wayback Machine (az.)
- Əfzələddin Xaqani gürcü mətbuatında (az.)
- Хагани Ширвани: "Как я красавицу-грузинку полюбил…" (rus.)
- Xaqani Şirvani — Şərq intibahının görkəmli nümayəndəsi (az.)