Ehmed Ehmedov Sumqayit Hadiseleri - Wikipedia
Əhməd İman oğlu Əhmədov (1964, Sumqayıt – 6 aprel 1990) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrinin təşkilatçısı olaraq təqsirlindirilərək güllələnən azərbaycanlı. Şahid ifadələri günahkarın erməni əsilli Edvard Qriqoryan olduğunu göstərir.[1] Sumqayıt hadisələrinin təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskknin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdır.[2]
Əhməd Əhmədov | |
---|---|
Əhməd İman oğlu Əhəmdov | |
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 6 aprel 1990 |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | fəhlə[d] |
Həyatı
redaktəƏhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıtdakı 25 nömrəli məktəbin 8-ci sinfini qurtarıb. Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub. 1982-ci ildə ordu sıralarına çağırılıb. 1985–1988-ci illər arasında bir neçə iş yeri dəyişib. Oxuduğu məktəbdən və iş yerlərindən ona müsbət xasiyyətnamə verilib. Heç bir inzibati və ictimai cəzası olmayıb.[3]
Orta texniki peşə təhsili olan Əhməd Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib. O, həbs olunandan bir müddət öncə nişanlanır, yaşı 70-i keçən valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imiş. Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyalara qoşulur, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 1988-ci il martın 12-də Sumqayıtda həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhmədgilin evinə də gəlirlər. Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilir. SSRİ Ali Məhkəməsində onun günahı sübut olunmasa da, ona qarşı SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnərək edam cəzası verilir. Hökm 17 ay sonra icra olunur.[4]
Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri Eduard Qriqoryanın öldürdüyü güman edilir.[2] Eduard Qriqoryana 12 il həbs cəzası verilir və o, bir neçə ildən sonra azadlığa buraxılır.[5]
Əhməd Əhmədov Moskvada keçirilmiş məhkəmənin qərarı ilə edam olunub. Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində boz kostyum olmuş Əhmədovdan üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu, dəlil kimi məhkəmədə ortaya çıxarılıb. Sumqayıtlılar da Əhməd Əhmədovun cinayətkar olmadığına inanırlar. Onun yaşadığı həyətdə qurulmuş xatirə bulağı onun xalqın gözündə günahsız olduğuna işarə edir.[6].
1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə. Əhmədovun validyenlərinə məktub göndərib. Göndərilən həmin məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub.[4]
Əhməd Əhmədovun qardaşı Əhmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir İsmayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar. Məktubda deyilirdi: "Oğlunuz Əhmədov Əhməd SSRİ Ali Məhkəmsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir". Araşdırmalar göstərdi ki, bu variantı Mərkəzi Komitə üzvlərindən kimsə meydanda gərginliyi azaltmaq üçün atmışdır.[7]
Əhmədova ölüm hökmü veriləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. SSRİ xalq deputatı A. Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb.[4]
Hökmün icrası
redaktə1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə. Əhmədovun vəkili Y. Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib. Əhmədovlara oğlanları barədə hökmün dəyişdirilə biləcəyi bildirilib. Vəkil Y. Məmmədov SSRİ Ali Məhkəməsinə, Prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra-aprelin 6-də Ə. Əhmədov öldürülüb.[4]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Sumqayıt hadisələrinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
- ↑ 1 2 "Vaqif ARZUMANLI, Nazim MUSTAFA. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. – Bakı: "Qartal", 1998. səh. 59" (PDF). 2022-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-02-25.
- ↑ Sənə oğlunun qanlı köynəyini gətirmişik
- ↑ 1 2 3 4 "Sumqayıt hadisələrindən 22 ili ötür". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
- ↑ "Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), Bakı, "MBM-R", 2009. səh. 24-25". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
- ↑ Sumqayıt hadisələrindən 22 il keçir [ölü keçid]
- ↑ Dəyişdirilməyən hökm, yalan məktub…