Ehmed Haldun Terzioglu - Wikipedia
Əhməd Haldun Tərzioğlu (7 yanvar 1960, Trabzon) — Türk yazıçısı, 2007-cı il Mustafa Necati Səbətçioğlu tarixi roman yarışması laureatı. Tarixi üslubunda yazdığı romanları Azərbaycan dilinə tərcümə olunmuşdur.
Əhməd Haldun Tərzioğlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Trabzon, Türkiyə, Takazlı. |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
İxtisası | dövlət məmuru. |
Fəaliyyəti | Yazıçı |
Əsərlərinin dili | Türkcə |
Janr | Roman |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və kitabları
redaktəƏhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə yazıçılığa yönəltdi. Yazıçının “Göy Tanrının övladları”, “Oğuz xan”, “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”, “Göytürklər”, “Moğol”, “ Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb[1].
Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazıçının kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında “Alp Ər Tunga” adlı tarixi romanı ilə qalib olan yazıçının eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir. Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır.
Xarici keçidlər
redaktə- Ahmet Haldun Terzioğlu’nun romancılığı (İkinci Dönem) - Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dili Ve Edebiyatı Anabilim Dalı Yüksek Lisans Tezi Arxivləşdirilib 2017-02-14 at the Wayback Machine
- Ahmet Haldun Terzioğlu'nun Tomris Han adlı eseri ile ilgili bir inceleme - academia.edu
- Ahmet Haldun Terzioğlu Resmi Sayfası Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine
- Əhməd Haldun Tərzioğlu — Facebook səhifəsi
- http://devtiyatro.gov.tr/hakkimizda-basdramaturgluk-oyunarsivi-1839.html Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine
- https://tosayad.wordpress.com/2007/11/13/mustafa-necati-sepetcioglu-roman-ve-hikaye-yarismasi-odul-toreni/
- http://www.gulceedebiyat.net/konu-ilesam-oyku-yarismasi-sonuclari-1674.html
- http://www.kutluasya.com/ahmet-haldun-terzioglu-ile-turk-tarihi/
- http://www.gencaydergisi.com/2015/12/sayi-47-aralik-2015.html
- http://www.yenicaggazetesi.com.tr/aksaclilar-meclisi-29751yy.htm
- http://www.yenicaggazetesi.com.tr/osman-sertkayanin-kur-sad-yazisi-hakkinda-31459yy.htm
- http://www.hurriyet.com.tr/dev-solcularla-komsu-kamplarimiz-vardi-14584563