Ehmed Metin Defteri - Wikipedia
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri.
Əhməd Mətin Dəftəri | |
---|---|
fars. احمد متیندفتری | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı.
Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu.
Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü. II Dünya müharibəsi başladığı illərdə İranda istehsal olunan pambığın, quru meyvənin demək olar ki, hamısı Almaniya və Yaponiyaya ixrac olunurdu. İran bazarında və sənaye müəssisələrindəki məhsulların yarıdan çoxu Almaniyadan gətirilirdi. Müttəfiq dövlətlərin tələb və təkidi ilə almanlar ölkədən çıxarılıb və onlara aid müəssisələr fəaliyyətlərini zahirən dayandırsalar da, əslində, almanlar öz işlərini görməkdə davam edirdilər. 1941-ci ilin əvvəllərində Mətin Dəftər baş nazirlikdən uzaqlaşdırıldı, onun yerinə zahirən «mötədil» təsir bağışlayan Əli Mənsuri hakimiyyətə gətirildi.
Əhməd Mətin-Dəftəri 1971-ci ildə vəfat edib.
Əhməd Mətin-Dəftəri Məhəmməd Müsəddiqin qızı Mənsurə xanımla ailə qurmuşdu. Hidayətulla adlı oğlu, Leyli adlı qızı vardı.