Ehmed Nehavendi - Wikipedia
Ehmed Nehavendi - Wikipedia - Haqqında Məlumat
Əhməd ibn Məhəmməd Nəhavəndi (fars. احمد نهاوندى; Nahavənd, Həmədan ostanı – 845) — VIII—IX əsrlərdə yaşamış fars astronomu. Onun adı İranın Nəhavənd şəhərindən olduğunu göstərir.
O, 803-cü ildə vəfat edən Yəhya ibn Xalid ibn Bərməkin dövründə İranın Xuzistan regionunda yerləşən Gündişapur Akademiyasında yaşamış və işləmişdir. O, "Müştəmil" adlı cədvəllər də tərtib etmişdir. Nəhavəndi və Maşallah ibn Azəri ikinci Abbasi xəlifəsi Mənsurun hakimiyyəti dövründə çiçəklənən ən erkən islam dövrünün astronomlarından idi.[1][2]
İstinadlar
redaktə- ↑ The Golden Age of Persia. By Richard Nelson Frye. p. 163.
- ↑ H. Suter: Die Mathematiker und Astronomen der Araber (10, 1900)