Ehmed Nuri Efendi - Wikipedia
Əhməd Nuri Əfəndi (19 dekabr 1878, İstanbul – 7 avqust 1944) — 34. Osmanlı sultanı II Əbdülhəmidin oğlu, Osmanlı şahzadəsi.
Əhməd Nuri Əfəndi | |
---|---|
türk. Ahmed Nuri Efendi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Nitsa, Fransa |
Atası | II Əbdülhəmid |
Anası | Bədrifələk Qadınəfəndi |
Həyat yoldaşı | Fəxriyə Zişan xanım |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəŞahzadə Nuri Əfəndi 19 dekabr 1878-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Burhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Ardından onlarla birlikdə şahzadə məktəbində təhsil almağa başladı. Ardından Osmanlı hərb akademiyasına daxil olan Nuri Əfəndi ordu daxilində sürətlə yüksəlməyə başladı. Yıldız sarayı daxilində onun üçün xüsusi bir köşk təsis edildi.
1905-ci ildə atasıyla birlikdə cümə namazından qayıdarkən arabalarına bir bağlama atılmış, bunun bomba olmasından qorxan Nuri Əfəndi özünü arabadan çölə atmışdır. Bağlamanın bomba olmadığı anlaşılsa da, aldığı zədələrdən onurğa sütununda yırtıq əmələ gələn Nuri Əfəndi bu səbəblə bir neçə dəfə əməliyyat olundu. Ömrünün sonunadək bunun fəsadlarını daşıdı.
Ancaq 1909-cu ildə atası Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sabiq sultanın İstanbulda qalan ailə üzvləri isə Yıldız sarayından atıldılar. Nuri Əfəndi və qardaşı Səlim Əfəndi bir müddət bacıları Zəkiyə Sultanın köşkündə yaşadılar. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nuri Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Nitsa şəhəri oldu. Qısa zaman içində maddi çətinliyə düşən Nuri Əfəndi müxtəlif işlərlə məşğul oldu. Sabun bişirib satmış, küçələrdə piano çalaraq yaşamağa çalışmışdır. Nəhayət, 7 avqust 1944-cü ildə bir parkda aclıqdan öldü. Cibindən çıxan məktubda, müsəlman adətiylə dəfn olunmaq istədiyini vəsiyyət etmişdir.
1900-cü ildə çərkəz əsilli Fəxriyə Zişan xanımla (d. 1883 - ö. 1940) evləndi. Cütlük bir-birini çox sevsə də, övladları olmadı. 1919-cu ildə aralarında yaranan anlaşmazlıq səbəbilə ayrılsalar da, rəsmi olaraq boşanmadılar. Hətta 1924-cü ildə sürgün əsnasında Fəxriyə xanım məcbur olmadığı halda, əriylə birlikdə ölkədən getdi.
Mənbə
redaktə- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005.
- Osmanoğlu, Ayşe (2000). Babam Sultan Abdülhamid. Mona Kitap Yayinlari. ISBN 978-6-050-81202-2
- Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. p. 234. ISBN 978-97564-446-27
- Pazan, İbrahim (2008). Son saraylı: Şehzade Osman Ertuğrul Efendi. Babıali Kültür Yayıncılığı. p. 18. ISBN 978-9-944-11894-1
- Ömer Faruk Yılmaz (2002). Sultan Abdülhamit Han'ın harem hayatı. Eylül Yayınları. p. 108. ISBN 978-975-6597-15-6
- Hall, Richard C. (October 9, 2014). War in the Balkans: An Encyclopedic History from the Fall of the Ottoman Empire to the Breakup of Yugoslavia. ABC-CLIO. pp. 1–2. ISBN 978-1-610-69031-7