Ehmed Qaramanli - Wikipedia
Əhməd Qaramanlı — Osmanlı Tripolitaniyasının 45-ci paşası. Qaramanoğulları sülaləsindən idi.
Əhməd Qaramanlı | |
---|---|
ərəb. أحمد القرمانلي | |
Osmanlı Tripolitaniyasının XXXXV paşası | |
1711 – 1745 | |
Əvvəlki | Məhəmməd Xəlil ibn əl-Cinn |
Sonrakı | Mehmet Qaramanlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1686 |
Vəfat tarixi | |
Fəaliyyəti | Paşa |
Uşağı | Mehmet Qaramanlı |
İlkin məlumat
redaktəƏhməd Qaramanlı Mansiya və Sahil bölgələrinin hakimi idi.[1] Tripolitaniyadakı hərc-mərclik ona müstəqil hərəkət etməyə stimul verirdi. Xalq və ordunun da dəstəyini aldığı üçün 29 iyul 1711-ci ildə Tripolitaniya deyi Məhəmməd Xəlil ibn əl-Cinn Tripolidən uzaqda olanda şəhəri ələ keçirdi və öz hakimiyyətini elan etdi. Keçmiş deyə sadiq 300 nəfər edam olundu. Osmanlı sultanı III Əhmədin ona qəzəblənəcəyini bilən Əhməd, bu şəxslərdən qarət etdiyi sərvəti sultana təklif etmiş, sultan da onu bəylərbəyi kimi tanımış və 1722-ci ildə paşa tituluna layiq görülmüşdü.
Hakimiyyəti
redaktəHakimiyyətinin ilk dövrləri 1711-1723-cü illər arasında Benqazi və Fəzzandakı üsyanları yatırtmaqla keçdi. Tripolinin divarlarını möhkəmləndirərək məscid və mədrəsə ucaltdı. Onun dövründə dəniz quldurları yenidən fəaliyyətə başladılar. Onun dövründə həmçinin Kirenaika da ələ keçirilmişdi. 1745-ci ildə vəfat etmiş, yerinə oğlu Mehmet Karamanlı keçmişdir.[2]