Ehmed Xelilov - Wikipedia
Əhməd Paşa oğlu Xəlilov (1904, Beyi, Kürdəmir rayonu – 1985) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı.[1]
Əhməd Xəlilov | |
---|---|
27 may 1950 – 11 fevral 1953 | |
Əvvəlki | nazirlik təsis edilib |
Sonrakı | Soltan Mirzəyev |
16 mart 1950 – 27 may 1950 | |
Əvvəlki | İmam Mustafayev |
Sonrakı | İlyas Abdullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 1985 |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəXəlilov Əhməd Paşa oğlu 1904-cü ildə Kürdəmir rayonu Beyi kəndində kəndli ailəsində anadan olmuşdur. 4 övladı olmuşdur.[1]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktə1932-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş, Göyçay rayon MTS-ndə baş aqranom, sonradan direktor müavini işləmiş, 1939-cu ildən Respublikanın Torpaq Komissarlığında aqranom. baş aqranom, 1941-ci ildən torpaq komissarının müavini, 1942-ci ildən kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Respublikasının pambıqçılıq naziri vəzifələrində işləmiş, 1969-cu ildən təqaüdə çıxmış, 1973-cü ildən Dövlət Yer Quruluşu Layihə İnstitutunda direktor olmuş, 1982-ci ilə qədər bu vəzifədə çalımşmışdır.[1]
Elmi fəaliyyəti
redaktə1958-ci ildə elmlər namizədi, 1969-cu ildə elmlər doktoru alimlik dərəcəsi almışdır. Respublikanın əməkdar aqranomu fəxri adına, Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı ordenlərinə, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, Böyük Vətən müharibəsinin bir çox orden və medallarına və Ümum ittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüş, bir neçə çağırış Respublika Ali Sovetinin deputatı seçilmişdir.[1]
Mənbə
redaktə- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycan Aqrar Sahə Rəhbərləri və Görkəmli Elm Xadimləri (Ensklopedik məlumat kitabı)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "XATİRƏLƏRDƏ YAŞAYAN İNSAN". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.