Ekiz - Wikipedia
Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı.
Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar. Oxşarlıqları isə bacı-qardaş səviyyəsində olur.[1] Onların inkişafı eyni vaxtda iki və daha çox yumurtahüceyrənin yetişməsi və mayalanmasının nəticəsidir. Eyni vaxtda yetişən yumurtahüceyrələrin sayını hipofizin hormonları idarə edir. Kənd təsərrüfatı heyvanlarında bu prosesin idarə olunmasının böyük təsərrüfat əhəmiyyəti var.
Statistika
redaktəİnsanlarda doğulan hər 80 – 85 uşağın biri əkiz, 6-8 min uşağın biri üçüzdür. Dörd və daha çox əkiz uşağın doğulması isə çox nadir hadisədir. Bir yumurta əkizləri bütün doğma uşaqların 15%-ni təşkil edir. İnsanın genetikasının öyrənilməsində əkizlik metodundan istifadə olunur. Bu metod müəyyən qədər irsiyyətin və həmçinin mühitin əkizlərdə əlamətlərinin dəyişməsində rolunu öyrənir.[2]
İstinadlar
redaktəXarici keçidlər
redaktə Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |