Elovset Agalarov - Wikipedia
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı[1].
Əlövsət Ağalarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1954 |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir.
Təhsili
redaktəQılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur.
Fəaliyyəti
redaktə- Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir.
- 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir.
- Sonralar Baş redaktorun müavini
- 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır.
- 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir.
- SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kitabları
redaktə20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.
Mükafatlar
redaktəƏ. İ. Ağalarova "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova "Əməkdar jurnalist" fəxri adı verilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2018-ci il.
Ailəsi
redaktəEvlidir, iki övladi var.
İstinadlar
redaktə2.http://president.az/articles/26928
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |