El Motesim - Wikipedia
Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله) (796[1] – 5 yanvar 842[2], Səmərra, Abbasilər xilafəti) — 8. Abbasi xəlifəsi.
Əl-Mötəsim | |
---|---|
| |
Əvvəlki | Əl-Məmun |
Sonrakı | Əl-Vasiq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 796[1] |
Vəfat tarixi | 5 yanvar 842[2] |
Vəfat yeri | |
Fəaliyyəti | Xəlifə |
Atası | Ər-Rəşid |
Anası | Maridə bint Şəbib |
Həyat yoldaşları |
Qaratis Şuca Əl-Xarəzmi |
Uşaqları |
Əl-Vasiq Əl-Mütəvəkkil Məhəmməd |
Ailəsi | Abbasilər |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.[3];[4] Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən[5];[6] türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühüm dərəcədə ordu qurmuş,[7] və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir.
Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi. Daha sonra bu əsgəri gücün Bağdaddakı varlığı bəzi narahatlıqlara səbəb olduğundan Samirrə adıyla yeni bir şəhər qurduraraq dövlət mərkəzini oraya daşıdı. Bu necə oldu? Bir müddət keçəndən Mötəsim yeni orduya söz keçirə bilməməyə başlamışdı. Ordu xəlifəni deyil, rəislərini dinləyirdilər. Onları sərkərdələr ilk dəfə savaş divanına almışdı.[İbn Vərdan, səh. 488.] Artıq bunlar hərb ərkanı da olmuşdular. Mötəsim bütün əyan-əşrəfi də türklərdən təşkil etmişdi. Məsələn dövlət hacibi Vasif bir türk sərkərdəsi idi. Türklərə bu özəl müamilə Bağdad əhlində xoşnudsuzluq yaratmışdır. Üstəlik ərəb ünsürün sıradan çıxarılması, türklərə qarşı xalqın soyumasına səbəbiyət vermişdir. Bütün bunlara bir də yerli əhaliyə qarşı türklərin uyğun olmayan hərəkətləri əlavə edilincə iş böyüyəcək,[8] Mötəsim yeni problemləri önləmək üçün yeni bir əsgəri şəhər qurmağa qərar verəcəkdir. Səmərra şəhərini.
838-ci ildə Mötəsim Anadoluya Bizans üzərinə bir səfər təşkil etmiş, ordusunun bir qolu Bizans imperatoru Feofil və ordusunu "Anzin döyüşü" adı verilən bir vuruşmada böyük məğlubiyyətə uğratmış, Bizansın ikinci böyük şəhəri Amoriomu mühasirə edib əlinə keçirmiş və Abbasi orduları İznik şəhərinin yaxınlarına qədər irəliləmişdir.
Bu səfərdə Bizansın Anadoludakı ən önəmli qalası Amoriumun fəth edildi. Buranın fəthindən öncə türk sərkərdələrindən Afşinin başçılığındakı Türk qüvvələri Dazmana da (Kazova-Tokat)[9] Bizans imperatorunu məğlub etdilər. Daha sonra xəlifə və Afşin birlikdə Amoriuma yönəldilər. Bu ordunun sağ qanadını, Afşin, sol qanadını yenə bir türk sərkərdəsi olan Əşnas idarə edidi.[10] Amoriumun fəthi sırasında türklərin çox önəmli işlər gördüyünü görürük. Türklərdən qurulan ordu, Mötəsim dönəmində meydana gələn Abbas bin Məmunun ərəb sərkərdə Ucəyflə birlikdə xəlifəlik iddiası ilə Mötəsima qarşı üsyanını yatırmışdı.[11]
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı, "Mütərcim",2015, 408 səh.
İstinadlar
redaktə- ↑ 1 2 الطبري م. ب. ج. تاريخ الرسل والملوك (ərəb.): تاريخ الطبري.
- ↑ 1 2 al-Mu'tasim // Encyclopædia Britannica (ing.).
- ↑ Təbəri, V,273
- ↑ İbn Vərdan, Tarixul-Abbasiyyun, Beyrut, 1993, səh.487.
- ↑ Təbəri, V,179
- ↑ İbn Tağribərdi, II, 251.
- ↑ Lewis, 179.
- ↑ Marchall, G. S Hodgson, Rethinking World History: Essays on Islam, Europe and World History. Cambridge and New York: Cambridge University Press, 1993. I, 461.
- ↑ Yıldız,170.
- ↑ Təbəri, V,240.
- ↑ Təbəri, V,245.
Xarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |