Elahidde Azerbaycan Korpusu - Wikipedia
Əlahiddə Azərbaycan Korpusu — Müsəlman korpusunun bazasında yaradılmış hərbi birlik; müstəqil ordu quruculuğunun ilkin mərhələsi. Həmin mərhələnin səciyyəvi xüsusiyyəti çox mürəkkəb hərbi-siyasi şəraitdə aparılan ordu quruculuğuna türk hərbçilərinin rəhbərlik etməsi idi.
Əlahiddə Azərbaycan Korpusu | |
---|---|
Növü | Xüsusi təyinatlı qüvvə |
Yaranma tarixi | 26 İyun 1918 — 2 Yanvar 1919 |
Ölkə | Azərbaycan Xalq Cümhuriyyəti |
Sayı | 5000 şəxs |
Qərargah | Bakı |
Döyüşlər |
Azərbaycan-Ermənistan müharibəsi (1918-1920) Göyçay döyüşü Bakı döyüşü |
Komandanlıq | |
Məşhur komandirləri |
Əliağa Şıxlinski Həbib bəy Səlimov |
Yaranması
redaktəƏsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmağa başlamışdı. 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman korpusunu Əlahiddə Azərbaycan korpusu adlandırmaqla özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Hökumətin həmin tarixli başqa bir qərarı ilə ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya səlahiyyətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi.
ƏAK bu zaman Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Azərbaycana hərbi yardıma gəlmiş 5-ci Qafqaz firqəsi də ilk vaxtlar ƏAK-ın tərkibinə daxil edilmişdi. Həmin firqə (diviziya) ƏAK vasitəsilə Qafqaz İslam Ordusunun komandanlığına bağlanırdı. 5-ci Qafqaz firqəsinin komandiri xidməti vəzifələri, döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilə bərabər ƏAK-ın komandanı Əliağa Şıxlinskiyə də hesabat verirdi.
Fəaliyyəti
redaktəMüsəlman korpusu ƏAK adlandırılandan sonra korpus komandirinin əmri ilə hissələrdə və hərbi müəssisələrdə yeni möhürlərin tətbiq edilməsinə başlandı. Müsəlman korpusunun möhürlərində rus qoşun hissələri möhürlərindəki ikibaşlı qartal təsviri var idi, dövrəsində isə hissənin adı və nömrəsi yazılmışdı. Yeni möhürlər gümüş manatlıq ölçü-sündə, ortasında səkkizguşəli ulduz və aypara təsviri olmalı, yuxarı kənarı boyunca isə həm rusca, həm də azərbaycanca hissənin adı və nömrəsi yazılmalı idi.
Korpusun strukturlarının da yenidən qurulmasına başlandı. Sənədlər ƏAK tərkibində diviziya qərargahlarının ləğv olunduğunu göstərir. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13- avqust tarixli əmri ilə ƏAK-ın qərargahı da, müvəqqəti olaraq, ləğv olundu, onun tərkibinə daxil olan hissələr birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. ƏAK-ın ləğvi ilə onun sıralarında fəaliyyət göstərən zabitlər də xidmətdən kənarlaşdırıldı, hissələrdə yazışmanın Azərbaycan dilində aparılması məcburi şərt kimi irəli sürüldü.
1918-ci il sentyabrın 2-ci yarısında ƏAK-m qərargahı bərpa edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri, polkovnik Həbib bəy Səlimov isə qərargah rəisi idi. İlkin olaraq, ƏAK-ın tərkibində iki piyada diviziyası formalaşdırıldı. 1-ci diviziyanm komandiri polkovnik (albay) Cəmil Cahid bəy, 2-ci diviziyanın komandiri isə Qafqaz İslam Ordusunun qərargah rəisi olmuş Nazim bəy təyin edildi. Hər diviziya üç piyada alayından ibaret idi. 1918 il oktyabnn ortalarmda 1-ci diviziyanm tərkibində üç süvari alayı, bir sərhəd və bir topçu alaylan var idi. Qafqaz İslam Ordusu komandanmm tabeliyində 4-cü Azərbaycan süvari alayınm da formalaşdırılmasma başlanmışdı. Bununla yanaşı Əlahiddə Azərbaycan korpusunun tabeliyində 1-ci ağır topçu taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmir yol taboru və təyyarə dəstəsi də var idi.
1918-ci il noyabrın əvvəllərində hərbi nazirlik bərpa edildikdən sonra, ƏAK-ın mövcudluğu formal xarakter aldı. Qoşun hissələrinin təşkilinə və fəaliyyətinə rəhbərlik bütünlüklə hərbi nazirliyin əlində cəmləşdirildi. 1918-ci il noyabrın 15-də ƏAK-ın qərargah rəisi Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edildi. ƏAK-ın komandiri Ə.Şıxlinski isə 1918 il dekabrın 29-da hərbi nazirin müavini təyin olundu. Korpusun qərargah zabitlərinin bir çoxu yeni vəzifələrə təyin edildilər. Nazirlər Şurasının 1919-cu il 2 yanvar tarixli qərarı ilə Əlahiddə Azərbaycan korpusu ləğv olundu. Onun qərargahında xidmət edən zabitlər hərbi nazirliyin aparatına və qoşun hissələrinə göndərildilər.
Mənbə
redaktə- Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998;
- Стеклов А., Армия Мусаватского Азербайджана, Б., 1928.