Eldere - Wikipedia
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.[2][3][4]Digər adı Əlidamı.
Əldərə | |
---|---|
38°56′18″ şm. e. 46°20′42″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sünik mərzi |
Rayon | Meğri rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 600 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
aldara.az/index.php?menu_id=info | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında[5] qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur.
Toponimi
redaktəToponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır[6][7]
Aldərə çayı
redaktəYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər, 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24–28-də kəndin sakinləri — azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 1918-ci ildə əhalisi qovulmuş, lakin 1926-cı ildə qayıtmışdır. 1988-ci ildə kəndin əhalisi yеnidən Azərbaycana qovulmuşdur[8][9]
Tanınmış şəxsiyyətləri
redaktə- Fərəc bəy Hüseynbəyov — xeyriyyəçi
- Firudin Ağayev — Sosialist Əməyi Qəhrəmanı (1943)
- Gülzar İbrahimova — yazıçı-publisist, şair, jurnalist, H.Zərdabi mükafatçısı, AYB Prezident təqaüdçüsü
- Abbas Bağırov — Azərbaycan Dəmiryol idarəsi rəisi
- Məmməd Qurbanov — Azərbaycan SSR mədəniyyət naziri
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Орбели И.А. Избранные труды. т. I, М., 1963.
- ↑ Vəlixanlı N. IX–XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.12
- ↑ Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
- ↑ Бартольд В.В. Сочинения. том. V.
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995
- ↑ Ahmet Zeki Velidi Togan. Umumtürk tarihine giriş. G.I.Istanbul, 1981.