Eli Isa Cabbarov - Wikipedia
Əli İsa Cabbarov (20 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser.[1] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.[2]
Əli İsa Cabbarov | |
---|---|
Doğum tarixi | 20 sentyabr 1974 (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | kinorejissor, rejissor, prodüser |
Üzvlüyü | |
IMDb | ID1802100 |
Həyatı
redaktəƏli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır.
2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib.
2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru[3] və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır.
Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir.
2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
Filmoqrafiya
redaktə- Altay Məmmədov (film, 2002)
- Ana duasından başlanan yol (film, 2001)
- Arxası qibləyə (film, 2009)
- Arpaçay (film, 2006)
- Bir ana tanıyıram (film, 2002)
- Borçalı elləri. Qaraçöp (film, 1999)
- Çalış, nəfəs alma (film, 2006)
- Çiçi xalçaları (film, 2002)
- Dədəgünəş (film, 2000)
- Dünya şöhrətli məzun (film, 2003)
- Düyün (film, 2008)
- Ev (film, 2007)
- Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
- İz… Qala (film, 2010)[4]
- Meşənin nağılı (film, 2001)
- Molokanlar. Saf ruh (film, 2004)
- Muzey (film, 1996)
- Neftlə çəkilən portret (film, 2011)
- Ölüm haqqında şəhadətnamə və ya Quranı oxuyarkən (film)
- Qanadlarıma sığal çək (film, 2008)
- Tanrıya tapınan Kiş (film, 2001)
- Teatr (film, 2004)
- Teatral həyat (film, 2009)
- Təzadlar (film)
- Yalançılar (film, 2008)
- Yaxşı adam haqqında (film, 2004)
- Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002)
- Zaqatala qoruğu (film, 2001)
- Zirvədən boylanan Xınalıq (film, 1999)
- "Sarı gəlin"in sorağında
İstinadlar
redaktə- ↑ Cabbarov, Ə. Azərbaycan kinosu Qarabağa təbii ki, borcludu: [rejissor, prodüser Əli İsa Cabbarovla müsahibə] /müsahibəni apardı Samirə Əşrəf //Ədalət.- 2014.- 1 oktyabr.- S.4.
- ↑ *Asimqızı, A. İstanbulda Azərbaycan Film Festivalı keçirilir: Əli İsa Cabbarov: "Film festivalına çox uğurlu filmlər seçilib": [Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış rejissorun festival haqqında fikirləri] //Üç nöqtə.- 2014.- 30 yanvar.- S.13.
- ↑ Sevda M. "Biz daha geniş meydan istəyirik": ["Dərviş" Prodüser Mərkəzinin direktoru Əli İsa Cabbarovla "Bu meydan bu ekran " müsabiqəsi ilə bağlı müsahibə] //525.-ci qəzet.- 2008.- 16 may.- S. 7.
- ↑ Azərbaycan filmi beynəlxalq festivalın mükafatına layiq görülmüşdür: ["İz…Qala" Azərbaycan sənədli filmi ABŞ-nin Filadelfiya şəhərində keçirilmiş "Philadelphia Documentary & Fiction Festival" Beynəlxalq kinofestivalının "Münsiflərin xüsusi xatırlatması" nominasiyasının diplomuna layiq görülmüşdür] //Azərbaycan.- 2012.- 11 iyul.- S. 8.