Eli Semsi - Wikipedia
Əli Şəmsi (1964[1], Şəki) — Azərbaycan rəssamı.[2][3][4]
Əli Şəmsi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Rəssam |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
www.ali-shamsi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Şəmsi 1964-cü ildə[1] Şəkidə anadan olub.
1981–1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti[5]) təhsil almışdır. 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[1] Əsərlərindən biri Vatinkan muzeyindədir.[6] Rəssamın əsərləri dünyanın bir çox prestijli qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.[4] Neftlə çəkilmiş bir əsəri Heydər Əliyev tərəfindən Bill Klintona hədiyyə edilmişdi.[7]
İlk sərgisi 1995-ci ildə Bakıda keçirilmişdi.[8] 1998-ci ildən etibarən mütəmadi olaraq ABŞ, Almaniya, Latviya, İtaliya və digər ölkələrdə Əli Şəmsinin fərdi sərgiləri təşkil olunur.[1][4]
Rəssamın İçərişəhərdə yerləşən emalatxanası Bakıya gələn əcnəbi qonaqların sevimli turist məkanlarından biridir.[4] Emalatxana İçərişəhərin məşhur görməli yerlərindən biri sayılır.[9][10][11] Emalatxananın ətrafında müəllifi Əli Şəmsinin özü olan məşhur "qız ağacı" yerləşir.[12]
31 mart 2012-ci ildə Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycana rəsmi səfəri çərçivəsində Əli Şəmsinin İçərişəhərdə yerləşən emalatxanasında olmuş, rəssamın çəkdiyi rəsmlərə baxmışdır, və Əli Şəmsi qonağa xatirə hədiyyəsi təqdim etmişdir.[13]
26 may 2016-cı ildə Londonun "The Framers" qalereyasında Əli Şəmsinin fərdi sərgisi açılıb, və "Yeni müasir rəsmlər" (New Contemporary Paintings) adlı sərgidə rəssamın müasir dünyaya baxışını əks etdirən sənət əsərləri nümayiş olunmuşdu.[4]
Əli Şəmsi İkinci Qarabağ müharibəsindən sonra İçərişəhərdə yerləşən emalatxanasının önündə qələbənin şərəfinə "Dəmir yumruq" abidəsi düzəldir. Lakin abidə sosial şəbəkələrdə və mediada tənqidlərə məruz qalaraq 20 may 2023-cü ildə sökülür.[12][14]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Шамси Али - Живопись - Галерея классического искусства ANTONIJA". www.antonia.lv. İstifadə tarixi: 2024-09-03.
- ↑ Сабина Алиева. "Али Шамси: Два года рисовал на камне изображение обнаженной женщины". Media.az. 09.07.2018.
- ↑ О.БУЛАНОВА. "Али Шамси: «Жизнь-это счастье!»". AZƏRBAYCAN MİLLİ KİTABXANASI. Эхо. səh. С.6.
- ↑ 1 2 3 4 5 "Tanınmış rəssam Əli Şəmsinin Londonda fərdi sərgisi açılıb". AZƏRTAC. 26.05.2016.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". ADMİU. 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
- ↑ Zakirə Zakirqızı. "Azərbaycanlı fenomenal rəssam: "Məni çox incitdilər" - Video,Fotolar". Yeni Çağ Media Qrupu. Sentyabr 18, 2017. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- ↑ "Əsəri Klintona hədiyyə edilən məşhur rəssam: "İlham Əliyev mənə dedi ki..." - MÜSAHİBƏ". aqreqator.az (ingilis). İstifadə tarixi: 2024-09-03.
- ↑ "Обо мне". Ali Shamsi. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
- ↑ "10 самых известных творческих мест бакинского Старого города | Общественная жизнь". moscow-baku.ru. İstifadə tarixi: 2024-09-03.
- ↑ "Тур: Открой для себя Баку (4 дня + авиа)". Туроператор КРУГОЗОР (rus). İstifadə tarixi: 2024-09-03.
- ↑ Франгиз Агаларова. "Любимое место туристов в Баку – Невероятная мастерская Али Шамси - ФОТО". Day.az. 28 марта 2018. 2020-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
- ↑ 1 2 ""Dəmir yumruq" uzun zamandır həmin divara həkk edilibmiş..." Pravda.az. 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ "Qırğızıstan Prezidenti Bakıda Dövlət Bayrağı Meydanı və İçərişəhərlə tanış olub - YENİLƏNİB - FOTO". Milli.az (az.). 2012-03-31. İstifadə tarixi: 2024-09-03.
- ↑ "Tənqidlərə səbəb olan "Dəmir yumruq" abidəsi SÖKÜLDÜ - FOTO". Sonxeber.az (az.). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.