Eli Ekber Yazici - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əli Əkbər (tam adı: Əliyev Ələkbər Əliağa oğlu) — yazıçı, jurnalist, tərcüməçi.
ƏLİ ƏKBƏR | |
---|---|
Ələkbər Əliağa oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dilçi, jurnalist, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı
redaktəƏli Əkbər 1978-ci ilin 28 yanvarında anadan olub. 8-ci sinifə qədər Bakının 134 saylı orta məktəbində oxuyub. 1993-cü ildə orta təhsilini Türkiyədə davam etdirmək üçün bu ölkəyə yollanaraq İstanbulda Dini Təmayüllü liseyə daxil olub. 1996-cı ildə Mərmərə Universitetinin Jurnalistika Fakültəsinə qəbul olunaraq 2000-ci ildə bu universitetdən məzun olub. Təhsil aldığı illərdə Türkiyənin nüfuzlu nəşriyyatı sayılan "KAKNÜS" nəşriyyatında İctimaiyyətlə əlaqələr müdiri və tərcüməçi olaraq işləyib. Bir sıra ədəbiyyat dərgiləri üçün məqalələr yazıb, tərcümələr edib. İndiyə qədər türk dilinə 30 əsəri tərcümə edərək nəşr etdirib.
Yaradıcılığı
redaktəƏləkbər Əliyev Azərbaycanda fəaliyyət göstərən, rus dilli intellektuallarının yaratdıqları "kultura.az" mədəniyyət və incəsənət internet portalının baş redaktorudur. Azərbaycan dilində çap olunmuş dörd bədii kitabın müəllifidir. 2009-cu ildə çap olunmuş qalmaqallı süjetə malik "Artuş və Zaur" romanı ilə böyük hay-küyə səbəb olmuşdur.
2012-ci ildən İsveçrədə yaşayır.
Biblioqrafiya
redaktə- 93-Tanrıların qürubu (roman)
- Artuş və Zaur
- Amneziya (roman)
- Sarı gəlin (Əli Əkbərin əsəri)
- Kreuzung (azərb. Kəsişmə)
- Gilə (hekayə)
- Emiqrant (bioqrafik roman)