Eli Bayramov Sahibkar - Wikipedia
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri[1] (2007–2014).
Əli Bayramov | |
---|---|
azərb. Əli Məhəmməd oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Şişqaya, Basarkeçər rayonu, Göyçə mahalı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Məhəmməd Bayramov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | İqtisadçı |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Fəaliyyəti | Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri |
Həyatı
redaktəƏli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur[2].
Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir.
1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir.
1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır[3].
1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur.
2007-ci ildən[3] Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış[4] və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur[5].
Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir[6]. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib[7].
Ailəsi
redaktəAiləlidir, üç övladı var.
Mükafatları
redaktə2013-cü ildə Əli Bayramov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən əməli uğurları və vətəndaşlıq mövqeyinə görə "İlin Adamı" media mükafatına layiq görülmüşdür[3].
İstinadlar
redaktə- ↑ "KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN MƏSUL ŞƏXSLƏRİ". 2014-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-31.
- ↑ Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı: "Təbib", 1999, səh.361.
- ↑ 1 2 3 "Əli Bayramov Azər KİVİHİ nin mükafatına layiq görülüb" (az.). obyektivxeber.com. 15 fevral 2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ "Rəhbərlik: İdarə Heyətinin sədri Bayramov Əli Məhəmməd oğlu — agrolizing.gov.az saytı". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ ""Aqrolizinq" ASC-nin sədri işdən çıxarılıb" (az.). Oxu.az. 21 may 2014 22:30. İstifadə tarixi: 2014-05-27.
- ↑ "İsmət Abasov İrəvanda səfərdədir" (az.). zaman.az. 10 May 2010. İstifadə tarixi: 2014-05-27.[ölü keçid]
- ↑ "ƏLİ BAYRAMOV ŞİŞQAYA KƏNDİNDƏ" (az.). goyche.info. 7 fevral 2011 22:42. 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
Həmçinin bax
redaktə- Şişqaya
- Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti
- İstehsalat qabaqcılı, kolxoz sədri Mikayıl Bayramov əmisidir.
- Həkim-travmatoloq, orteped Mehman Bayramov əmisi oğludur.
- Qarabağ müharibəsi şəhidi Tahir Bayramov kiçik qardaşıdır.
Xarici keçidlər
redaktə- "Aqrolizinq MMC rəhbəri Əli Bayramov işdən niyə çıxdı?" (az.). Xəbərçi. 21 May 2014 Çərşənbə 18:26. İstifadə tarixi: 2014-05-27.