Eli Huseynli - Wikipedia
Əli Məhəmməd oğlu Hüseynli (8 oktyabr 1968, Bakı) — Milli məclisin deputatı Milli Məclis sədrinin 1-ci müavini[1], Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri[2] Hüquq elmləri namizdədi.
Əli Hüseynli | |
---|---|
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
22 yanvar 2001 – 26 yanvar 2004 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
26 yanvar 2004 – 24 yanvar 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 oktyabr 1968 (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirmişdir. 1985–1986-cı illərdə Rusiyanın Kalinin vilayəti "Kalininselstroy" tikinti idarəsində fəhlə işləmişdir. 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1988–1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996–2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışmışdır.
Hal-hazırda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir.[3]
Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.[4]
Ailəlidir, 2 övladı var.
Beynəlxalq fəaliyyəti
redaktəAzərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir.
Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasın sədridir.[5] Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.[6]
İstinadlar
redaktə- ↑ "Milli Məclisi Sədrinin birinci müavini".
- ↑ "Hüquq siyasəti və dövlət quruculuğu komitəsi". 2023-08-31 tarixində arxivləşdirilib.
- ↑ "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası". 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ "Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi".
- ↑ "Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası həmsədri". 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ "Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.