Eli Nasir - Wikipedia
Əli Nasir (1 may 1955, Lənkəran – 1 fevral 2017, Bakı) — talış şairi, yazıçısı, publisist, siyasi və ictimai xadim. Talış, azərbaycan, rus və ləzgi dillərində şeirlər yazıb.
Əli Nasir | |
---|---|
tal. Əli Nasir | |
Doğum tarixi | 1 may 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 2017 (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Həyatı
redaktəNəsirov Əli Qurbanəli oğlu 1955-ci il mayın 1-də Azərbaycan SSR-in Lənkəran şəhərində anadan olub. Əli Nasirin ailəsi Azərbaycanın Lerik rayonunun Küsəkəran kəndindəndir. Atası Qurbanəli Böyük Vətən müharibəsi iştirakçısı, anası Xavanisə isə evdar qadın olub. 1962–1972-ci illərdə Lənkəran şəhər 5 saylı məktəbdə orta təhsil alıb. O, Bakı Neft Texnikumuna daxil olub, lakin bir hadisəyə görə xaric edilib: Yataqxanadakı dostu rəssam Vaqif vərəqdə Leyli və Məcnunun rəsmini çəkir, Əli isə aşağıya yazıçı Füzulinin şeirindən bir parça yazır. Yataqxana komendantı bundan əsəbiləşir və buna görə onu texnikumdan xaric edirlər. O, daha sonra sürücülük məktəbində oxuyub və orduda xidmət edib.
Yaradıcı fəaliyyəti
redaktə1966-cı ildə 11 yaşında poetik fəaliyyətinə uşaq şeirləri ilə başlayıb. 1975-ci ildən Bakı və Lənkəranda müxtəlif təşkilatlarda çalışıb. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1983-cü ildə Bakı Dövlət Universitetinə daxil olmaq istəsə də, imtahanlardan keçə bilməyib.
1988-ci ildə Lənkəran Xalq Cəbhəsinin konfransının qərarı ilə "Elin səsi" qəzeti yaradılıb və bu qəzetə rəhbərlik daha sonra 1990-cı il yanvarın 11-də Əli Nasirə həvalə edilıb.
1989-cu ildə Lənkəranda "Ziyalılar evi"ndə Əli Nasir ilk dəfə olaraq talış poeziya gecəsini təşkil edib. Əli bu axşamı Avesta birliyinin üzvləri ilə birlikdə keçirirdi. "Avesta" mədəni-maarif təşkilatı talış tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru ilə bağlı materiallar toplayırdı. Belə gecələrdən birində Tofiq İlham, Xanəli Tolış və digər talış şairlər iştirak edirdilər. Əli Nasirin rəhbərliyi ilə Lənkəran İncəsənət Məktəbində "Gənclər Dərnəyi" təşkil olunur və bu birlikdə şeir gecələri də keçirilirdi.
1988–1989-cu illərdə Əli Nəsir Lənkəranda aruz şairlərinin "Fövcül füsaxa" ədəbi məclisinin tədbirlərində fəal iştirak etməyə başlayır. 1990-cı illərdə "Çeşmə" satirik qəzetində şairin karikaturaları və satirik şeirləri dərc olunurdu.
1989-cu il noyabrın 17-də Əli Nasirin müəllifi olduğu "Ey Ana Vətən" marşı Lənkəranın "Azadlıq" meydanında onun ifasında səsləndi və bu yürüşdən sonra həmin marşın daimi himni oldu.
Perestroykadan sonra
redaktəPerestroyka (Yenidənqurma) illərində o, sonradan Azərbaycan Xalq Cəbhəsinin tərkibinə daxil olan, yaradıcılarından biri avtomühəndis, sonralar Azərbaycan ordusunun polkovniki Ələkrəm Hümbətovun olduğu Lənkəran Xalq Cəbhəsinin tərkibində iştirak edib. Hümbətovun və Əli Nasirin təşəbbüsü ilə AXC Lənkəran şöbəsinin 1989-cu ildəki proqramında Talış rayonlarında muxtariyyət yaradılması haqqında müddəa var idi.[1]
1990-cı ilin yanvar hadisələri zamanı Əli Nəsir Sovet hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs edilərək iki ay Lefortovo həbsxanasına salınmış, hətta oradan qəzetə materiallar göndərmişdir. Əli Nasir Azərbaycan Respublikasında milli azadlıq mübarizəsində fəal iştirak etmişdir. Yazılarını "Çəşmə" qəzetində "İnqə bəy" təxəllüsü ilə dərc etdirirdi. Əli Nasir azadlığa çıxandan sonra "İmpuls" qəzetində redaktor işləyir və yenidən İnqə bəy təxəllüsü ilə məqalələr dərc etdirirdi.
1993-cü ildə Əli Nasir Talış-Muğan Muxtar Respublikasında iştirakına görə yenidən 8 il müddətinə azadlıqdan məhrum edilib. Xalq deputatı Mətləb Mütəllimli Əli Nasirin azadlığa buraxılması ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, buna nail ola bilməyib. Əli Nasir həbsxanada da şeir yazmağa davam edib və bu müddət ərzində üç kitab yazıb.
2001-ci ildə Avropa Şurasının yardımı ilə o, həbsdən azad olaraq mədəni fəaliyyətini davam etdirib. Professor Novruzəli Məmmədovun vəfatından sonra Bakıda Talış Mədəniyyət Mərkəzinə rəhbər seçilən Əli Nəsir "Tolışi sədo" qəzetinin nəşrində iştirak edib. O, 2009–2013-cü illərdə Talış Mədəniyyət Mərkəzinin rəhbəri olub.
Əli Nasir "Gilavo" ("Cənub küləyi") mahnısı və yazıb ifa etdiyi Talış himni ilə də tanınıb.[2]
2013-cü ildə Talış Mədəniyyət Mərkəzinin fəaliyyəti dövründə "Talış mədəniyyəti və ədəbiyyatının seçmə əsərləri" silsiləsindən ilk kitablar, o cümlədən Əli Nasirin "Gabi Nido" mərsiyə toplusu nəşr olunub.[3] 15 oktyabr 2013-cü ildə Rəştdəki Gilan Universitetində toplunun tərcüməsinin təqdimat mərasimi keçirilib.а[4]
2015-ci ildə Azərbaycan Respublikasındakı talış fəallarının təşəbbüsü ilə mayın 1-də Əli Nasirin 60 illik yubileyinin təşkili nəzərdə tutulmuşdu. Lakin Bakı və Lənkərandakı bütün restoranlara yubileyin keçirilməsinə ciddi qadağalar qoyulub. Qadağalara görə Rusiya Federasiyasında fəaliyyət göstərən Talış Gənclər Birliyi təşkilatının İdarə Heyəti şairin yubileyinin Moskva Millətlər Evinin böyük zalında keçirilməsinə qərar verib. 15 may 2015-ci ildə Əli Nasir Bakıdan videobağlantı vasitəsilə yubileydə iştirak edib. 2015-ci ildə talış şairi Cəbrayıl Yəhyayev Əli Nasirin yubileyi şərəfinə "Uzaq illərin dərinliklərində" şeirini yazıb.[5][6]
2017-ci il fevralın 1-də Əli Nasir Bakı şəhərində vəfat edib.[7] Lənkəran rayonunun Şiləvar kəndindəki qəbiristanlıqda dəfn edilib. Son illər Bakı şəhərində yaşayıb. Əli Nasir 12 kitabın müəllifi olub.
2 may 2017-ci ildə Moskva Millətlər Evində "Talış Dirçəlişi" təşkilatının təşkilatçılığı ilə Əli Nasirin doğum gününə həsr olunmuş gecə keçirilib.[8]
İstinadlar
redaktə- ↑ Шнирельман, Виктор Александрович. Войны памяти: мифы, идентичность и политика в Закавказье. М.: Академкнига. 2003. səh. 118. ISBN 5946281186. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
- ↑ Али Насир. Ğəybo qıləy vanq omedə. Баку. 2005. 31–32.
- ↑ "Вышли из печати первые книги "Избранные произведения талышской культуры и литературы"". tolishpress.org. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
- ↑ "Презентация книги Али Насира". tolishpress.org. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
- ↑ СОЮЗ ТАЛЫШСКОЙ МОЛОДЕЖИ. "Юбилей выдающегося талышского поэта - Али Насира - 60 лет - Москва". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ "СТМ отметил 60-летие выдающегося талышского поэта Али Насира". tolishpress.org. 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
- ↑ "Скончался известный поэт, публицист Али Насир". SalamNews.org (rus). 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
- ↑ "РОО «Талышское возрождение». Вечер, посвященный Дню рождения известного талышского поэта и общественного деятеля Али Насира". Московский дом национальностей (rus). 2020-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.