Elisoltanli - Wikipedia
Əlisoltanlı — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Əlisoltanlı | |
---|---|
39°54′04″ şm. e. 48°19′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Saatlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2667 (2020) nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 02168 |
Poçt indeksi | AZ 4914[1] |
Tarixi
redaktəAraz çayının sağ sahilində, Muğan düzündədir. Kəndin adının Əlibəy Sultanın (İlisusultanı) adı ilə bağlı olması ehtimal edilir.[2] Potubəyli və Bəylər kəndləri ilə həmsərhəddir.
Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır.
Mədəniyyəti
redaktəSaatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi Saatlı rayonu üzrə ən yaxşı məktəbdir. 2015-ci ildə məktəb respublikanın ən yaxşı 50 məktəbi sırasında yer aldı və "İlin məktəbi" seçildi. Məktəbin 2003-cü ildə 100 illiyi keçirilmişdir.[mənbə göstərin]
Ərazidə həmçinin tikintisi 2014-cü ildə bitmiş məscid də yerləşir. Həmçinin kəndin ərazisində Mirzə Ələkbər Sabirin büstü və II Dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş heykəl yerləşir.
Coğrafiyası və iqlimi
redaktəƏlisoltanlı kəndinin ərazisindən Sabir adına suvarma kanalı keçir.
Ərazi, əsasən, yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə malikdir. Boz-çəmən, çəmən-boz, şorakət, bataqlıq-çəmən, torpaqları yayılmışdır. Ərazinin florası bir neçə bitki formasiyalarına malikdir. Rütubətin yüksək olduğu yerlərdə, əsasən, adi qamış, qarğı , cil kimi çəmən- bataqlıq bitkiləri geniş yayılmışdır.
Araz çayının daşmasının qarşısını almaq üçün böyük bəndlər çəkilmişdir. Araz çayının daşması nəticəsində əvvəllər böyük meşə ərazisi su altında qalıb bəzi bəndlər suya davam gətirməmişdir.[mənbə göstərin]
Əhalisi
redaktəBakı Dövlət Universitetinin rektoru (1992-1993) hüquq elmləri doktoru, professor [3]Firudin Səməndərov bu kənddə anadan olmuşdur.
Əhali sayı 1643 nəfərdir.[4] 2020-ci ildə əhalinin siyahıya alınmasından sonra Əlisoltanlı əhalisinin sayı 1643-dən 2667-ə artımı kimi qeyd edilib.[mənbə göstərin]
İqtisadiyyatı
redaktəƏvvəllər Qıraqlı kəndində fəaliyyət göstərən “ÇTS-Aqro” MMC-nin pambıq emalı zavodunun avadanlığı hazırda Əlisoltanlı kəndində yerləşən sapəyirici fabrikinin ərazisinə köçürülmüşdür. Fabrikin ərazisindəki binalar və qurğularda pambıq emalı üzrə maşın və mexanizmlər yerləşdirilərək pambığın qəbuluna və emalına başlanılmışdır.
Dərslər çox yaxşı keçirilir. Məktəbin şagirdləri xəmsə intellektual yarışlarına hər zaman qatılır. Şagirdləri xəmsə intellektual yarışlarına aparan məktəbin riyaziyyat müəllimi Vüqar Namazovdur. Nəticədə bu il məktəbimiz ölkə üzrə xəmsə intelluktual yarışlarında qazanmışdır.[mənbə göstərin]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan toponimlərinin ensklopediyası lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.257.
- ↑ Tanınmış alim və pedaqoqun yubileyi qeyd edilmişdir — respublica-news.az saytı[ölü keçid]
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.