Elixan Melikov - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əlixan Süleyman oğlu Məlikov (7 may 1951, Bakı) — "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2000–2009).
Əlixan Məlikov | |
---|---|
4 fevral 2000 – 1 iyul 2009 | |
Əvvəlki | vəzifə təsis edildi. |
Sonrakı | vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1951 (73 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | mühəndis |
Həyatı
redaktəMəlikov Əlixan Süleyman oğlu 1951-ci il mayın 7-də Bakıda anadan olmuşdur. 1967-ci ildə Bakı şəhər 124 saylı orta məktəbini, 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakultəsini bitirmişdir. İxtisasca mühəndisdir.
Ailəsi
redaktəEvlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır.[1]
Fəaliyyəti
redaktə1973–1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1975–1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mehəndis-konstruktor, texniki şöbənin rəisi, 1979–1992-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi, 1994–1996-cı illərdə "Azəriqaz" Dövlət şirkətində baş mütəxəssis, 1996–1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Əlixan Məlikov 4 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 273 nömrəli fərmanı ilə "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.[2]
1 iyul 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 366 nömrəli Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında sərəncamı ilə Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti ləğv edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalar Birliyinə çevrilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
- ↑ "Ə. S. Məlikovun "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-10.
- ↑ "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-10.