Elvida London Film 2007 - Wikipedia
Əlvida London (Rom: Namastey London) 2007-ci ildə Vipul Amrutlal Şahın rejissorluğu və prodüserliyi ilə çəkilmiş olan Hindistan romantik filmidir. Baş rolları Rişi Kapur, Akşay Kumar, Katrina Kaif, Nina Vadia, Cavid Şeyx, Upen Patel və Kliv Standen canlandırmışdırlar. Film əslində Kumarın dostunun real həyat hekayəsinə əsaslanır. Riteiş Deşmux filmdə kamo rolunda görünmüşdür.[2]
Əlvida London | |
---|---|
hind. नमस्ते लंदन | |
Janr | romantik film[1], komediya filmi |
Rejissor | Suresh Nair |
Prodüser | Vipul Amrutlal Shah |
Baş rolda |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 2007 |
Müddət | 132 dəq. |
Ölkə | |
Dillər |
Hind dili ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0795434 |
Vikianbarda əlaqəli mediafayllar |
"Əlvida London" 23 mart 2007-ci ildə buraxılmış olan film rejissorun işi, filmin ssenarisi və saundtreki baxımından müsbət rəylər əldə etmişdir. Xüsusən də Akşay Kumarın ifa etdiyi rol çox bəyənilmişdir. Himeş Reşmaniyanın bəstələmiş olduğu musiqi albomu da olduqca çox bəyənilmiş və bu albomdakı mahnılar Çartbuster hitlərinə çevrilərək musiqi siyahılarında ən yüksək zirvələrdə yer almışdır. Film, həm də dünya üzrə 71,40 milyon kror (₹) gəlir əldə edərək, 2007-ci ilin doqquzuncu ən çox gəlir gətirən hind filmi olmuşdur.[3] Filmin müvəffəqiyyət qazanması, 2007-ci ilin yanvar ayında nümayiş etdirilən "Salam məhəbbət" filminin buraxılışından sonrakı uzunmüddətli kassa müvəffəqiyyətsizliklərinə də son qoymuşdur.
53-cü Filmfare Mükafatlarında Əlvida London filmi 1 nominasiya üzrə - Ən Yaxşı Aktyor (Akşay Kumar) nominasiyası üzrə mükafat almışdır.[4]
Bir neçə film tənqidçisi isə bu filmlə Manoj Kumarın 1970-ci ildə çəkmiş olduğu Purab Aur Paschim filmi arasında oxşarlıqları qeyd etmiş olsa da,[5][6] rejissor bu filmin remeyk olmadığını bildirmişdir.[7][8][9]
İstinadlar
redaktə- ↑ http://www.imdb.com/title/tt0795434/.
- ↑ "Namastey London". TV Guide (ingilis). 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-16.
- ↑ "Katrina wants to do her own dubbing". Hindustan Times. Inter-Asian News Service. 7 July 2007. 17 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2016.
- ↑ "Shaking hands with success?: Akshay Kumar has been nominated for Namastey London in 53rd Fair One Filmfare Awards". Indiatimes.com. 10 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2016.
- ↑ Adarsh, Taran. "Namastey London Review – Bollywood Hungama". Bollywood Hungama. 23 March 2007. 12 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 August 2016.
- ↑ Chopra, Anupama. "Movie review: Akshay Kumar and Katrina Kaif starrer Namastey London". India Today. 9 April 2007. 26 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2016.
- ↑ "Namastey London not inspired by Purab Aur Pachhim". Bollywoodhungama.com. 19 September 2006. İstifadə tarixi: 14 August 2016.
- ↑ "Vipul Shah to sue Bengali producers for copying Namastey London". Hindustan Times. Inter-Asian News Service. 2 August 2009. 17 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2016.
- ↑ "Review of Namastey London from bollywood-buzz.com.com". bollywood-buzz.com.com. 3 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2007.