Emek Iqtisadiyyati - Wikipedia
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir[1].
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Əmək bazarının tənzimlənməsi
redaktəƏmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına[2], bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara[3], xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir.
Əmək bazarının xüsusiyyəti
redaktəMüasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır[4][5].
Əmək bazarının inkişafı yeni məşğulluq növlərinin, müvəqqəti işlərin, natamam iş günü ərzində müxtəlif rejimli işlərin, müəyyən haqq müqabilində görülən sərbəst qrafikli işlərin, evdə görülən işlərin, müəyyən müqavilə əsasında görülən işlərin və sairə meydana gəlməsinə səbəb olur. Göstərilən xidmətlərin dəyişməsi ilə əlaqədar işçi qüvvəsinə olan tələb də dəyişir. Bu səbəbdən müəssisələrdə yaranan müvəqqəti işlər sonradan daimi işə çevrilmək imkanı yarana da bilər[6].
Yüksək peşəkarlıq, təşəbbüskarlıq, aktivlik. yaradıcılıq, özü haqqında tam təəssürat yaratmaq bacarığı, öz qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək bazarında müvəffəqiyyətə nail olmaq üçün başlıca xüsusiyyətlərdəndir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Tarling, R. Labour Markets // Eatwell, John; Milgate, Murray; Newman, Peter (redaktorlar ). The New Palgrave: A Dictionary of Economics (1st). London: Palgrave Macmillan. 1987. 1–4. doi:10.1057/978-1-349-95121-5_1213-1. ISBN 978-1-349-95121-5.
- ↑ Mankiw, N. Gregory. Principles of economics (Eighth). Boston, MA, USA: Cengage Learning. 2016. ISBN 978-1-305-58512-6. OCLC 974706695.
- ↑ Kenton, Will. "Labor Market Explained: Theories and Who Is Included". Investopedia. March 30, 2022. October 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2023.
- ↑ Borjas, George J. Labor economics (Seventh). New York, NY. 14 January 2015. ISBN 978-0-07-802188-6. OCLC 889577338.
- ↑ "Definition of LABOR". www.merriam-webster.com (ingilis). 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
- ↑ Graham, Mark; Anwar, Mohammad Amir. "The global gig economy: Towards a planetary labour market?". First Monday (ingilis). 2019-04-01. doi:10.5210/fm.v24i4.9913. ISSN 1396-0466. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-23.