Emekdasliq - Wikipedia
Əməkdaşlıq — başqaları ilə işləməyi bacarmaq, kömək istəmək və kömək etməkdən çəkinməmək, işin və fikrin bölüşdürməsinə can atmaq, birgə fəaliyyətdə həmrəylik, müzakirə və təhlillər aparmağı, bir-birini qiymətləndirməyi bacarmaq.[1].
Elmi əməkdaşlıq
redaktəBirgə layihələrdir. Bu qrup layihələr alimlər və könüllülər tərəfindən birgə işlənilir və könüllülərin müəyyən hissəsi layihənin bütün və ya əksər mərhələlərində iştirak edir. Barneqat körfəzi və Nyu-Cersi-də molyuskların yetişdirilməsi üçün yaşayış mühitinin monitorinqinə və idarə edilməsinə könüllülərin cəlb olunması "Körfəz reklamı" (ReClam the Bay) layihəsi buna misaldır [34]. Məqsəd suyun keyfiyyəti haqqında biliklərin və molyuskların ekologiyasının öyrənilməsi, molyuskların bərpası ilə suyun keyfiyyətinin yaxşılaşdırılması tədbirləridir. Layihə 2005-ci ildə başlamışdır. Keçirilən intensiv təlim kursları molyuskların biologiyası, ekologiyası və praktiki yetişdirilməsini əhatə edir. Körfəz haqqında məlumatların yayılması prosesinə məktəblərdən 4700-ə yaxın həvəskar iştirakçı cəlb olunmuşdur. İştirakçılar arasında keçirilmiş başlanğıc və son testlər biliklərin əldə olunmasında nailiyyətləri, iştirakçının molyuskların yaşayış mühitinin idarə edilməsi məqsədlərinə nail olmaq bacarığını, eləcə də idarəetmə və təhsildə birliyi nümayiş etdirmişdir. Son zamanlar bəzi müəlliflər tərəfindən vətəndaş elmi layihələrinin könüllülərin iştirakına görə təsnifatına yüksək intellektli vətəndaşların ekspert qiymətləndir-mələrində iştirak etdiyi 4-cü "Ekspert" səviyyəsi də əlavə olunur. Onu da qeyd edək ki, vətəndaş elmi layihələrində iştirakçıların fəaliyyətinin mürəkkəbliyi artdıqca, səviyyələrin piramidial bölgüsündə (şəkil 4) aşağıdan yuxarı səviyyəyə doğru onların, həmçinin layihələrin sayı da azalır. Bu azalma eyni zamanda layihələrin xarakterindən də asılıdır. Yuxarıda qeyd etdiyimiz kimi vətəndaş elmi geniş məkan və zaman ölçüləri ilə xarakterizə olunur. Bu istiqamətdə aparılmış araşdırmaların nəticələri aşağıdakılara əsas verir:
- Siyasət perspektivi baxımından, vətəndaş elmi layihələrinin coğrafi miqyaslarına görə yerli, şəhər, regional, ölkə və qitə (qlobal) səviyyələrində araşdırmaq maraq doğurur;
- Vətəndaş elmi onu dəstəkləyə bilən müvafiq təşkilati strukturların mövcudluğu sayəsində, xüsusən, yerli, şəhər və milli səviyyələrdə effektlidir;
- Son texnoloji dəyişikliklər vətəndaş elmi iştirakçılarının məşğul olduqları yeni fəaliyyət sahələrini dəstəkləməklə bərabər, artıq mövcud olanların da miqyasını genişləndirməyə imkan yaradır.
Vətəndaş elminin tarixi ilə əlaqədar yuxarıda verilmiş məlumatlara bir daha nəzər salsaq, onun formalaşması mərhələləri haqqında aşağıdakıları demək olar.
- Məqsəd aydınlığı
- Yaxşı kommunikasiya
- Dolğun e-informasiya resursları
- Vətəndaşların məsuliyyəti
- Etibarlı verilənlər
- Elmi əməkdaşlıq töhfəsi
Məlumdur ki, elmi-tədqiqat fəaliyyətinin əsas elementləri tədqiqatçı (tədqiqatçılar qrupu), tədqiqat obyekti və tədqiqat vasitələridir. Elmin təkamülü: a) informasiyanın toplanması (qeydiyyatı); b) yadda saxlanması; c) informasiyanın emalı (məntiq və hesablama vasitələri) və d) ötürülməsi (əldə olunmuş biliklərin uzaq məsafəyə yayılması) kimi problemlərin həlli vasitələri və yollarının təkmilləşdirilməsi və inkişafı ilə sırf bağlıdır. Elmin tarixi insan sivilizasiyasının yaranması ilə başlamış və məhz qeyd olunmuş problemlərin həllindən asılı olaraq bu günə kimi müxtəlif mərhələlərdən keçmişdir. Hazırkı mərhələ e-elmlə xarakterizə olunur və vətəndaş elmi də onun bir istiqaməti sayılır. XXI əsrlə müqayisədə sivilizasiyanın keçdiyi formasiyalarda bu problemlərə nəzər salsaq, müasir texnologiyaların yaratdığı imkanlar nəticəsində elmi fəaliyyətdə köklü dəyişiklərin şahidi oluruq. Beləliklə, elmin keçdiyi inkişaf mərhələləri ilə yanaşı vətəndaş elmi də inkişaf etmiş və hazırda qlobal problemlərin həllində aparıcı mövqeyə malikdir.
Ədəbiyyat
redaktə- R. Əliquliyev, T. Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Xarici keçidlər
redaktə[1] [2] Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine [3]
Əməkdaşlığa nümunələr
redaktəİstinadlar
redaktə- ↑ İsmayilov İ. Riyaziyyat və intellekt — Bakı: Müntərcim, 2006–32 s Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine (az.)