Emine Sultan Ii Mustafanin Qizi - Wikipedia
Əminə Sultan (Osmanlıca: امينه بن مصطفى ساني) (1696, Ədirnə – 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı.
Əminə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1696 |
Doğum yeri | |
Vəfat tarixi | 1739 |
Vəfat yeri | |
Atası | II Mustafa |
Həyat yoldaşları | |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəƏminə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının ikinci övladı idi. 5 yaşı olanda Dəməşq bəylərbəyi Həsən Paşa ilə nişanlansa da, daha sonra bu nişan ləğv edildi və 7 mart 1702-ci ildə atasının silahdarı Çorlulu Əli ağa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir müddət sonra vəfat etməsi səbəbilə 7 il sonraya təxirə salındı.
Əmisi Sultan Əhmədin səltənətində sədrəzəmliyə yüksələn Əli Paşa ilə 9 aprel 1708-ci ildə evləndi. Ancaq Əli Paşanın 2 il sonra edam edilməsi ilə 1712-ci ildə Trabzon bəylərbəyi Rəcəb Paşa ilə evləndirildi. Bu dəfəki ərinin də 1726-cı ildə vəfatı ilə yenidən dul qalan Əminə Sultan əmisinin istəyilə son evliliyini 1 iyun 1728-ci ildə Aydın sancaqbəyi Abdullah Paşa ilə etdi.
Abdullah Paşanın 1736-cı ildə vəfat etməsinin ardından bir daha evlənməyən Əminə Sultan 3 il sonra vəfat etdi. Heç bir evliliyindən övladı olmamışdır.
Mənbə
redaktə- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, sayfa: 292
- Majer, Hans Georg (1991). Journal of Ottoman studies, Volumes 11-12. Enderun Kitabevi. p. 433
- Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken