Emmar Neqsevani - Wikipedia
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq.[1]
Seyid Əmmar Nəqşəvani | |
---|---|
السيد عمار النقشواني | |
| |
Doğum tarixi | |
Vətəndaşlığı | İngiltərə |
Milliyyəti | azərbaycanlı |
Atası | Emad Nəqşəvani |
Elm sahəsi | İslam hüququ |
Elmi dərəcəsi | doktor |
Elmi adı | akademik |
İş yeri | |
Alma-mater | |
Təhsili | London Universitet Kolleci |
Tanınır | 2014-cü il 500 ən nüfuzlu müsəlmandan biri |
Seyid Əmmarın rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. [2] Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir.
Həyatı və təhsili
redaktəNəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub.[3] Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir.[4] Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir. 1987-ci ildə ailəsi İngiltərəyə, Birləşmiş Krallığa köçmüşdür.[5]
Təhsili
redaktəNəqşəvani London Universitet Kollecində təhsil aldı və 2003-cü ildə psixologiya və hüquq ixtisası üzrə lisenziyasını aldı, eyni zamanda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində bir illik diplom kursu üzrə təhsil aldı. [6] Ondan sonra magistr dərəcəsini Tehrandakı Şəhid Beheşti Universitetindən və doktorluq dərəcəsini Ekseter Universitetindən almışdır.
Quran perspektivi ilə İslam və insan haqları, İslam və plüralizm, cinsiyyət araşdırmaları mövzularına aid dərslər keçirmişdir.
Təşəbbüslər
redaktəNəqşəvani Amerika Ümumdünya Müsəlman Birliyi (UMAA) üçün Birləşmiş Millətlər Təşkilatında xüsusi nümayəndəsi olaraq xidmət edir. Bu rolda qadın hüquqları təşəbbüslərini, sosial inkişafı və dini tolerantlığı təbliğ edir. Nəqşəvani bu mövqedən mədəni irsin, tarixi sənət və memarlığın, qədim ədəbiyyatın qorunması üçün istifadə edir. UMAA-ya qoşulmazdan əvvəl Nəqşəvani İngiltərədəki Kembric Universitetində İslam tədqiqatlarının ziyarətçi alimi kimi çalışmışdır. Bu vəzifədə, bir sıra akademik forumlarda müzakirə etdiyi qədim İslam mətnlərinə dair geniş araşdırma və akademik təhlillər aparmışdır.[6][5][7][8][4]
Karyera
redaktə2014-cü ildə Nəqşəvani "Təbliğçilər və Ruhani Rəhbərlər" təbəqəsindəki 500 Ən Nüfuzlu Müsəlman (ilk dəfə 2009-cu ildə yayımlanan illik bir nəşr olan The Muslim 500 olaraq da bilinir) siyahısına daxil edildi. [9]
Kembric Universiteti Nəqşəvani İslam tədqiqatlarında ziyarətçi alim olaraq çalışmış və şiə tarixi mətnlərinin qabaqcıl araşdırmaları və akademik təhlillərini aparmışdır.
Hartford seminariyası Nəqşəvani Hartford Seminariyasındakı şiə araşdırmalarında İmam Əli açılış kürsüsünün sədri oldu.
Kolumbiya Universiteti 2016-cı ildə Kolumbiya Universiteti doktor Nəqşəvaninin ziyarətçi alim olaraq xidmət edəcəyini açıqladı.
Harvard Universiteti Doktor Nəqşəvani Harvard Kennedi Məktəbinin Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzində İran layihəsinin əlaqələndiricisidir. Diqqəti İslam siyasətinə, eləcə də Orta Şərqdə münaqişə və sülh quruculuğuna yönəlib.
Peşəkar əlaqələr
redaktə- Şimali Amerika İslam və Müsəlman Araşdırmaları Birliyi (NAAIMS)
- Britaniya İslam Araşdırmaları Birliyi (BRAIS)
- Amerika Tarix Dərnəyi
- Orta Şərq Araşdırmaları Dərnəyi (MESA)
- Amerika Din Akademiyası
Kitablar
redaktə- Hujr Ibn Adi: A Victim of Terror. Birmingham: Sun Behind the Cloud Publications. 14 June 2013. ASIN B00KNAX64E.
Suriyadakı əhəmiyyətli bir ziyarətgah dağıldıqdan sonra Nəqşəvani yuxarıdakı kitabında "Hucr ibni Adi əl-Kindi (vəf.660-cı il) Məhəmmədin səhabəsi idi. Əməvi xəlifəsi I Müaviyə tərəfindən sarsılmaz olduğuna və şiələrin ilk imamı olan Əlini dəstək və tərifinə görə edama məhkum edildi. "
- Islam : liberté, égalité, fraternité [Islam : Liberty, Equality, Fraternity] (French). Translated by Malécka Nassor. Beyrouth: Albouraq. 31 August 2013. ISBN 9782841619764.
- Ramadan Sermons: A Compilation of Speeches and Lectures. Birmingham: Sun Behind the Cloud Publications. 24 April 2014. ISBN 9781908110039.
- The Fourteen Infallibles: A Compilation of Speeches and Lectures. Birmingham: Sun Behind the Cloud Publications. 24 April 2014. ISBN 1908110058.
- The Ten Granted Paradise. Universal Muslim Association of America. 20 May 2014. ASIN B00KHBEWVU.
İstinadlar
redaktə- ↑ "Seyed Ammar Nakhjavani | Belfer Center for Science and International Affairs". www.belfercenter.org (ingilis). 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.
- ↑ "The 500 Most Influential Muslims". 12 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2014.
- ↑ Sobhani, Jafar. Yadnameh, Ayatollah Uzma Khoei [Memories, Grand Ayatollah Khoei] (fars). 179. 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- ↑ 1 2 Tribune.com.pk. "In conversation with Sayed Ammar Nakshawani on Karachi, peace and unity". The Express Tribune (ingilis). 2017-10-23. İstifadə tarixi: 2020-04-17.
- ↑ 1 2 "Profile: Sayed Ammar Nakshawani". Universal Muslim Association of America. 12 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2014.
- ↑ 1 2 "Crossroads of Islamic Divisions". www.nyu.edu. Shuruq. 25 April 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2014.
- ↑ "Ammar Nakshawani". The Muslim 500 (ingilis). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
- ↑ "Sayed Ammar Nakshawani". Al-Islam.org (ingilis). 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
- ↑ "The 500 Most Influential Muslims". 12 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2014.