Engexaran - Wikipedia
Əngəxaran — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd Sovetinin Əngəxaran kəndi Şamaxı şəhər Sovetinin tərkibinə verilmişdir.[1]
Əngəxaran | |
---|---|
40°40′20″ şm. e. 48°39′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKəndin əhalisi indiki əraziyə təqribən 300-400 il əvvəl Şamaxının 50 km. şimal-qərbindəki eyniadlı kənddən köçüb gəlmişdir. Yaşlı təbəqə arasında keçmış Əngəxaran kəndinin ərazisi Binə-Əngəxaran adı ilə də tanınırdı. Zarat Xeybəri kəndindən şimal-qərbində, Yeddi qardaş platosundadır. Kəndin adını tat dilindəki əng (arı) sözündən və -an şəkilçisindən ibarət "arı saxlanılan yer" mənasında yozurlar. Kəndin ərazisində eyniadlı dağ və mineral bulaqlar var.[2]
Tarixi
redaktəTarixi abidələri
redaktəƏngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanlıq mövcuddur.
Coğrafiyası və iqlimi
redaktəKənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi
redaktəKənd əhalisi 848 nəfərdir ki, onun da 411 nəfəri kişi, 437 nəfəri isə qadınlar təşkil edir.
Tanınmışları
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Əngəxaran // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |