Enver Altayli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ənvər Altaylı (1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir.[1]
Ənvər Altaylı | |
---|---|
Doğum tarixi | 1 noyabr 1944 (80 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, reportyor, jurnalist |
Ailəsi
redaktəÖzbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir.[1]
Təhsili
redaktə1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır.[1]
Karyerası
redaktə1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır. Turqut Özal və Süleyman Dəmirəlin köməkçisi olmuşdur. 1986-cı ildən həm də Almaniya vətəndaşı olan Ənvər Altaylı son dövrlərdə daha çox Belfastda yaşayırdı. Burada Hüquqi Mübahisə və Sülh İnistitutunda professor Maykl Semple ilə işləyirdi.
Həbsi
redaktəTürkiyədə dövlət çevrilişinə cəhddən sonra kütləvi həbslər zamanı həbs edilənlərdən biri də Ənvər Altaylıdır.[2]O, FETÖ-nun Orta Asiya qolunun rəhbəri Mustafa Özcan ilə əlaqədə olmaqda və ona FETÖ-nün Orta Asiyada təşkilatlanmasına kömək etməkdə ittiham olunurdu.[2]İstintaq zamanı Mustafa Özcanla tanışlıqlarının olmasını qəbul etsə də, FETÖ ilə heç bir əlaqəsinin olmamasını və onların dövlət çevrilişinə cəhd edəcəyini düşünmədiyini bildirmişdir.[2]
Kitabları
redaktə- Əsir Türk ellərində 90 gün
- Kommunist nəzəriyyələr və Sovet yayılma siyasəti
Həmçinin onun haqqında da İrfan Ülkü tərəfindən kitab yazılmışdır:[1]
- İrfan Ülkü, Böyük Oyundakı Türk: Ənvər Altaylı (İlgi nəşrləri, 2008)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 İrfan Ülkü. Büyük Oyundaki Türk: Enver Altaylı. İstanbul: İlgi Yayınları (2008)
- ↑ 1 2 3 Eski Arxivləşdirilib 2018-03-19 at the Wayback Machine MİT Arxivləşdirilib 2022-07-29 at the Wayback Machine’çi Enver Altaylı Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine’yı da "damat yöntemi" ile…