Erebsahverdi Goycay - Wikipedia
Ərəbşahverdi — Azərbaycan Respublikasının Göyçay rayonunun Mallı Şıxlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Ərəbşahverdi kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Mallı Şıxlı kəndi olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Ərəbşahverdi | |
---|---|
40°38′22″ şm. e. 47°42′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəƏrəbşahverdi XIX əsrdə ərəb mənşəli böyük tayfalardan birinin adı idi. 1870-ci ildə 250 ailədən ibarət olan bu tayfa sonralar üç hissəyə parçalanmışdı. İki hissədən ibarət olan ərəbşahverdi tayfasının 70 ailəlik bir hissəsi həmin illərdə Göyçay qəzasına köçərək indiki Ərəbşahverdi kəndinin əsasını qoymuşdu.[3]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən cənub-qərbdə, Göyçay–Ucar avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 356 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıq və meyvəçilikdir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Ərəbşahverdi (Göyçay) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |