Ereb Liqasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir.
Ərəb Dövlətləri Liqası | |
---|---|
الجامعة العربية | |
Yaranma tarixi | 22 mart 1945 |
Rəsmi dili | |
Qurucusu | |
leagueofarabstates.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır.
Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.
Təsis olunması
redaktəƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur. Hərəkatın əsas məqsədi, bütün ərəb torpaqlarının bir dövlətdə birləşdirilməsi idi. ƏDL-in yaradılması bu məqsədin həyata keçirilməsində bir mərhələ idi. Yaxın Şərqdə mandat sisteminin ləğv olunmasından və müstəqil ərəb dövlətlərinin yaradılmasından sonra, mərkəzəqaçma tendensiyası güclənmişdir. Buna həm də Fələstin probleminin kəskinləşməsi şərait yaratmışdır. Əvvəlcə, birliyin təşəbbüskarları kimi Haşemitlərin nümayəndələri — İordaniya və İraqda hakimiyyətdə olan sülalələr çıxış edirdi, lakin onların planları digər ərəb dövlətləri tərəfindən rədd edildi. Məsələn, Suriya "Böyük Suriya" dövlətinin yaradılması niyyətində idi. Suriyanın planına əsasən federativ əsasda Böyük Suriyaya Livan, Fələstin, İordaniya birləşməli idi. Digər ərəb dövlətləri və eləcə də İsrail bu plana etirazlarını bildirdilər. Bu anda Misir təşəbbüsü öz üzərinə götürdü. 1944-cü ildə İskəndəriyyədə, təsis konfransı keçirildi və Ərəb Dövlətləri Liqasının yaradılmasını nəzərdə tutan İskəndəriyyə protokolu imzalandı. Liqanın Nizamnaməsi 1945-ci ilin mart ayının 22-də Misir, Suriya, İordaniya, İraq və Livan tərəfindən imzalanmışdır. 1945-ci ilin may ayında, Nizamnaməni Yəmən imzalamışdır.
Sturukturu
redaktəƏDL-in sturukturuna aşağıdakı orqanlar daxildir:
- ƏDL Şurası
- Komitələr
- Baş Katiblik
- İstitutlar və təşkilatlar
- İqtisadi məsələlər üzrə Şura
- Birləşmiş müdafiə Şurası
- Daimi hərbi komissiya
ƏDL Şurası – üzv dövlətlərin nümayəndələrindən ibarət ali orqandır. Şuranın iclasları müxtəlif səviyyələrdə keçrilir (dövlət və ya hökumət başçıları, xarici işlər nazirləri, səfirlər və daimi nümayəndələr). Şura ildə iki dəfə çağrılır. Hər hansı bir dövlətin istəyi ilə növbədənkənar iclaslar da çağrıla bilər. Şurada sədrlik, ərəb əlifbasına uyğun olaraq dövlətlərin baş hərfləri sırası ilə dəyişir. Hər dövlətin bir səsi var. Qərarlar, bir qayda olaraq, yekdilliklə qəbul edilir. Bu xüsusən dövlətlərin bir-birinə qarşı təcavüz aktı ilə bağlı qərardırsa, konsensus metodundan istifadə edilir.
Komitələr – bütün üzv dövlərlər üçün açıqdır. Komitələrin fəaliyyətində həmçinin, Liqaya üzv olmayan, lakin ərəb dövləti olan istənilən dövlət iştirak edə bilər. Bu, ərəb dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə gətirib çıxarır.
Baş Katiblik – Mənzil Qərargahı Yunisdə yerləşən Baş Katiblik, praktiki işi həyata keçirir. Baş Katiblik, Şura tərəfindən beş il müddətinə seçilən baş katib tərəfindən idarə olunur. O, Liqanın qərarlarını həyata keçirir. Baş Katib üzv dövlətlərin diqqətini mühüm məsələlər cəlb etmək hüququna malikdir. Məsələn, iki ərəb dövləti arasında münasibətləri mənfi nəticələrə çıxara biləcək problemlər və s. Baş Katib Şuranın iclaslarında iştirak edə bilər. Şuranın razılığı ilə Baş Katib öz müavinlərini təyin edir.
İstitutlar və ixtisaslaşmış orqanlar – ƏDL tərəfindən təsis edilən xüsusi təşkilatlardır: Təhsil, mədəniyyət və elm üzrə Ərəb Təşkilatı; Ərəb Menecment Təşkilatı; Ərəb Əmək Təşkilatı; Ərəb İqtisadi Birliyi Şurası; İqtisadi və sosial inkişaf üzrə Ərəb Fondu; Afrikada iqtisadi inkişaf üzrə Ərəb Bankı; Ərəb Peyk rabitəsi İnsititutu; Ərəb Kənd Təsərrüfatı İnkişafı Təşkilatı; Ərəb Poçt İttifaqı; Ərəb Neft İnstitutu və s. Bu institutlar və ƏDL arasında münasibətlər müxtəlif xarakter daşıyır. ƏDL, bir qayda olaraq göstərilən institutlara maliyyə yardımı edir. ƏDL-ə üzv olan dövlətlərin bəziləri adları çəkilən ixtisaslaşmış qurumlara üzv deyillər.
ƏDL-in digər bir orqanı isə, iqtisadiyyat nazirləri səviyyəsində keçirilən İqtisadi məsələlər üzrə Şuradır. Şura ƏDL-in ixtisaslaşmış orqanı kimi, üzv dövlətlərin əməkdaşlığın praktiki həlli ilə məşğul olur və mənzil qərargahı Ammanda yerləşir.
Ərəb Dövlətləri Liqasının bir sıra ölkələrdə informasiya büroları var. ƏDL-in rəsmi dili ərəb dilidir.
Fəaliyyəti
redaktəƏrəb Dövlətləri Liqasının nizamnaməsində qeyd olunduğu kimi, Liqanın fəaliyyətinin əsas prinsipləri: dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa.
1950-ci ildə Liqa, BMT-də müşahidəçi statusu əldə etmişdir. Buna görə də Liqada Asiya və Afrika ölkələrinin vahid ərəb-asiya (sonralar afro-asiya) blokunda birləşməsinə nail olmuşdur. Ərəb Dövlətləri Liqasında fikir birliyi yoxdur. Bəzi ərəb ölkələri qərbyönlü siyasət yürüdür, digəriləri keçmiş kommunist ölkələrinə meyil edir, üçüncülər isə neytrallığı qoruyurlar. 1967-ci ildə ərəb-israil müharibəsində ərəblərin məğlub olmasından sonra, Liqanın üzvləri iki müxtəlif fikir cəbhəsinə bölündü. Məsələn, Misir və İordaniya ABŞ tərəfindən hazırlanmış və əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs haqqında razılaşmanı imzalamışdır. 1970-ci illərdə sülh prosesinin başlanması Əlcəzair, İraq və Fələstin Azadlıq Təşkilatı tərəfindən kəskin tənqid edilmişdir. 1970-ci ildə İordaniya vətəndaş müharibəsi və 1975-ci ildə Livan vətəndaş müharibəsinə Suriyanın müdaxiləsi münasibətləri daha da kəskinləşdirmişdir. 1979-cu ildə Misirin İsrail ilə danışıqlara getməsi və sülh müqaviləsinin bağlanması nəticəsində Liqa üzvləri Misirə qarşı sanksiyalar tətbiq etmiş və onu Liqadan kənarlaşdırmışlar. Təşkilatın qərargahı Misirdən Tunisə köçrülmüşdür. 1989-cu ildə Misirin ƏDL-də üzvlüyü bətpa olunmuşdur. Ardınca qərargay yenidən Qahirə şəhərinə qaytarılmışdır. Üzvlər arasında iki cəbhəyə parçalanma Körfəz müharibələri zamanı da baş verdi. Eyni zamanda ƏDL-in qərarları üzv dövlətlər üçün məcburi xarakter daşımır. Başqa sözlə, Liqada dövlət suverenliyi prinsipi mütləqdir. Buna görə də ƏDL baş verən hadisələrə adekvat reaksiya verə bilmir.
ƏDL BMT-də müşahidəçi statusu vasitəsilə aktiv fəaliyyət göstərir. ƏDL-in Baş Katibi BMT Baş Katibi ilə görüşlər keçirir. Belə görüşlərin birində Liqa rəhbəri ərəb dövlətləri adından terrorizmə qarşı mübarizəyə qoşulduğunu və BMT-nin bu sahədə fəaliyyətinin dəstəklədiyini vurğulamışdır.
ƏDL tərəfindən həyata keçirilən mədəni layihələr çərçivəsində, Qahirədə yüksək ərəb araşdırmalar institutu təsis edilmişdir.
Üzv dövlətləri
redaktəDövlətlər | Əhali (2006) | Ərazi (km²) | Üzv olduğu il |
---|---|---|---|
İraq | 26 783 383 | 437 072 | 1945 |
Suriya | 18 881 361 | 185 180 | 1945 |
Livan | 3 874 050 | 17 818 | 1945 |
İordaniya | 5 906 760 | 92 300 | 1945 |
Səudiyyə Ərəbistanı | 27 019 731 | 1 960 582 | 1945 |
Bəhreyn | 698 585 | 665 | 1971 |
Qətər | 885 359 | 11 437 | 1971 |
BƏƏ | 2 602 713 | 83 600 | 1971 |
Oman | 3 102 229 | 309 500 | 1971 |
Yəmən | 21 456 188 | 527 970 | 1945 |
Küveyt | 2 418 393 | 17 820 | 1961 |
Misir | 78 887 007 | 1 001 450 | 1945 |
Liviya | 5 900 754 | 1 759 540 | 1953 |
Tunis | 10 175 014 | 163 610 | 1958 |
Əlcəzair | 32 930 091 | 2 381 740 | 1962 |
Mərakeş | 33 241 259 | 710 850 | 1958 |
Mavritaniya | 3 177 388 | 1 030 700 | 1973 |
Sudan | 41 236 378 | 2 505 810 | 1956 |
Somali | 8 863 338 | 637 657 | 1974 |
Fələstin | 3 889 249 | 6 000 | 1976 |
Cibuti | 486 530 | 23 000 | 1977 |
Komor adaları | 690 948 | 2 170 | 1993 |
Cəmi | 333 379 716 | 13 868 171 |
Ədəbiyyat
redaktə- Улахович В. Международные организации, 2005, стр.396