Erdebil Civarinda Doyus - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ərdəbil civarında döyüş — ərəblər ilə xəzərlər arasında ən böyük vuruşma. 730-cu il 6–8 dekabrda Ərdəbil həndəvərində baş verib, və ərəb ordusunun tamamilə darmadağın edilməsi ilə bitib. Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri.
Ərdəbil civarında döyüş | |
---|---|
Tarix | 9 dekabr 730 |
Yeri | |
|
Hərbi əməliyatların gedişi
redaktə730\731-ci ildə xəzər və türklərin 300 minlik ordusu[1] Barçikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd, Daryal və digər keçidlərlə Arran ərazisinə soxuldu.[2] Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı. Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər.[3] İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə məğlub edildilər, Əl-Cərrah öldürüldü.[4] Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi əhalisini qırdılar, qadın və uşaqları isə əsir apardılar.[5] Sonra xəzər ordusu Azərbaycanı viran etdi, ölkənin şəhərlərini bir birinin ardınca tutub Diyarbəkir və Mosula çatdı.[6] Gevond xəzərlərin basqını barədə belə məlumat verir:
Onlar "Hunlar torpağından, Çor keçidindən, Maskutlar torpağından keçərək Paytakaran ölkəsinə basqın etdilər; Araz çayından keçib Azərbaycana getdilər, Artaveti, Qandzak-Şahastani, Atşi-Baquan adlanan vilayəti, Sparat-Perozu və Ormizd-Perozu dağıtdıları"[7]
Xəzərlərin belə surətli hücumu xəlifəni və onun saray əhlini çox çaşdırdı. Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid ibn Əmr ül-Həraşini təyin etdi və o dərhal 30 minlik orduyla xəzərlərə qarşı yola çıxdı.[8]
Xəzərlərin sonrakı hərəkətləri
redaktəXəzərlər ölkəni yağmalamaq üçün dörd tərəfə dağılır. Xəzər qoşunları yürüşü davam edərək Diyarbəkir və Mosula qədər gedib çıxır. Xəzərlərin bu qələbəsi bizanslı, erməni və gürcü mənbələrində öz təstiqini tapır. Çox güman ki bu hadisə 732-ci ildə Bizans imperatoru V Konstantinlə Xəzər xaqanının qızı Çiçək arasında nikahın bağlanmasıyla əlaqəsi var. Buna baxmayaraq xəzərlərin hətta belə uzağa getmələri müharibənin gedişini dəyişdirə bilmir.
Xəzərlərin geri çəkilməsi
redaktə731-ci ilin yanvarına ərəblər yeni ordu yığaraq Səid əl Həraşinin başçılığı altında xəzərləri aldıqları mövqelərdən sıxışdıra bilirlər. Altı il sonra 737-ci ildə ərəb sərkərdəsi, gələcək xəlifə, Mərvan ibn Məhəmməd Xəzər xaqanlığının içərilərinə genişmiqyaslı yürüş təşkil edir ki bunun nəticəsində Xəzərlərin Xilafət ərazisinə yürüşlərinə uzun müddətə dayandırılır.
Mənbə
redaktə- Ziya Bünyadov. Azərbaycan 7–9-cu əsrlər. Azərbaycan Dövlət Nəşriyatı Bakı −1989
İstinadlar
redaktə- ↑ Gevond, səh. 71–72; Təbəri, II, 1530–31; İbn əl-Əsir, V, 118
- ↑ Bal'ami, səh. 517.
- ↑ yenə orada, səh. 516.
- ↑ История Агван, стр. 261; əl-Malik, səh. 79; Təbəri, II, 1521; əz-Zəhəbi, səh. 56; Dərbəndnamə, səh. 175–176; İbn əl-Əsir, V, 118; "Aqvan tarixi"nə görə əl-Cərrah erm. erasının 179-cu ilində(28. V. 730–727, V. 731), ərəb mənbələrinə görə əl-Cərrah 112-ci hicri (26. III.730–14. III 731), ilində öldürülmüşdür.(Bax: Baratov. Sit. gət. əsər, səh. 79
- ↑ İbn -əl-Əsir, hicri 112-ci il; Feofan, səh. 626; Gevond, səh.72.
- ↑ əz-Zəhəbi, səh. 56–57; İbn-əl-Əsir, V.118
- ↑ Gevond, səh.72
- ↑ Bal'ami, səh. 520