Erdebil Xanligi - Wikipedia
Bu məqalə Ərdəbil xanlığı haqqındadır. Digər mənalar üçün Ərdəbil (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Ərdəbil xanlığı — XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri idi.
Xanlıq | |
Ərdəbil xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Ərdəbil |
Ən böyük şəhər | Ərdəbil, Zəncan, Miyanə |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Əhalisi | azərbaycanlılar |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Şahsevən eli |
Xan | |
• (1736-1757) | Bədr xan Şahsevən (ilk) |
• (1797-1808) | II Nəzərəli xan Şahsevən (son) |
Tarixi
redaktəXVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Lənkəran, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747–1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.
Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.
Nəzərəli xanla şərik hakimiyyətə malik olan Nəsir xanın (1763–1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1808-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.
Hakimləri
redaktəSıra | Xan | Hakimiyyət illəri | Haqqında |
---|---|---|---|
Həsən xan Muğanlı |
may 1784-fevral 1785 |
Qubalı Fətəli xan vassalları ilə Ərdəbili tutduqdan sonra Həsən xanı Ərdəbilə hakim təyin etmişdi. | |
Həmçinin bax
redaktəMənbə
redaktə- CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI
- Azərbaycan xanlıqları Arxivləşdirilib 2009-10-27 at the Wayback Machine
- Ənvər Çingizoğlu. Ərdəbil xanlığı. Bakı,2014