Erime Noqtesi - Wikipedia
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ — xüsusi ərimə istiliyi, Q — istilik miqdarı, m — maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır.
Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır.
Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur.[1]
Xüsusi kristallaşma istiliyi — bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması, qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir. Ərimə temperaturuna çatdıqda temperaturun artımı dayanır və verilən istilik miqdarı həmin temperaturda nizamlı düzülüşdən nizamsız dquruluş yaranmasına, yəni mayeyə çevrilməsinə sərf olunur. Bu zaman maddənin daxili enerjisi Q = λm ərimə istiliyi qədər artır. Amorf maddələr üçün nizamsız düzülüş mövcud olduğundan temperatur daim artaraq ərimə sona çatır.
Mənbə
redaktə- M. Murquzov və b. Fizika. VII sinif üçün dərslik. Bakı, 2005.
İstinadlar
redaktə- ↑ Horst Kuchling-Taschenbuch der Physik kitabı-Wärmelehre fəsli-s 269–270-ISBN 3-446-22883-7