Esedulla Ceferov - Wikipedia
Əsədulla Cəfərov (tam adı: Əsədulla Qüdrət oğlu Cəfərov) — AMEA-nın Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru.
Əsədulla Cəfərov | |
---|---|
Cəfərov Əsədulla Qüdrət oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Ərkivan , Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qüdrət |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | aparıcı elmi işçi |
İş yerləri | AMEA Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Həyatı
redaktəƏsədulla Qüdrət oğlu Cəfərov 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.
O, 1966-cı ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. 1966-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib.
Əsədulla Cəfərov 1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində işləyib. 1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyib.
1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib. 1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir. 1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1980-ci ildə “Azərbaycanın Mustye mədəniyyəti” monoqrafiyasına görə elm və texnika sahəsində respublika komsomolu mükafatı laureatı adını alıb. 1992-ci ildə dekabrın 25-də Azərbaycan EA Tarix İnstitutunda Elmi Şurasında “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə Masallı rayonu İcra Hakimiyyəti onu Tarix elminin inkişafındakı xidmətlərinə görə “Qələbə” fondunun mükafatına layiq görmüşdür. 2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən Beynəlxalq konfransda İNTAS-2000 proqramının Azərbaycan üzrə əlaqələndiricisi seçilmiş və qrant almışdır. 2001-ci il və 2003-cü illərdə Fransada Avropa alimləri ilə 3 ay birgə elmi tədqiqat işləri aparmış və Qarabağın qədim tarixinə aid elmi məruzələr etmişdir. 2002-ci ildə “Azərbaycanın 100 görkəmli alimi” adlı müsabiqənin qalibi olmuşdur. 2015-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığım uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyim xidmətlərə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl Medal” ilə təltif olunub.
Elmi fəaliyyəti
redaktəƏsədulla Cəfərovun Azərbaycan Respublikası Qafqaz ərazilərində daş dövrü abidələrinin arxeoloji tədqiqi. Ümumi elmi əsərlərin sayı 148. Xaricdə çıxmış əsərlərin sayı 15. Beynəlxalq bazalarda 7.
Əsərləri
redaktəMonoqrafiyaları
- Azərbaycanın mustye mədəniyyəti (Tağlar mağarasının materialları əsasında. Bakı: 1983.
- Quruçay dərəsində. Bakı: Azərnəşr, 1990.
- İnsanlığın səhəri. Bakı: 1994.
- Azərbaycanın orta paleoliti. Bakı: Elm, 1999.
- Azərbaycanın ilk sakinləri. Bakı: Elm, 2004.
- Azərbaycan arxeologiyası – Daş dövrü. I cild. Bakı: 2008.
- Qarabağın paleolit düşərgələri. Bakı: Elm, 2017.
- Qarabağ: ulu Vətənimiz. Bakı: 2019.
- Азыхская пещера – древнейшая стоянка первобытного человека на территории Азербайджана. Гусейнов М.М., Алиев С.Д., Величко А.А., Гаджиев Д.В., Джафаров А.Г., Мамедов А.В., Сулейманов М.Б., Ширинов Н.Ш. СБС. Баку: 2021.
Məqalələri
148 məqalə.
Təltifləri
- Elm və texnika sahəsində respublika mükafatı laureatı, 1980.
- Masallı RİH “Qələbə” fondunun laureatı
- Beynəlxalq İNTAS – 2000 proqramının qrant laureatı. Brüssel 2001.
- Azərbaycanın 100 görkəmli alimi. Bakı: 2001
- Avropa Nəşr mətbuat evi "ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl medal, 2015.