Esedullah Bayat - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub.
Əsədullah Bayat | |
---|---|
Əsədullah Bayat Zəncani | |
Doğum tarixi | |
Doğum yeri |
Zəncan İran |
Fəaliyyəti | siyasətçi |
bayatzanjani.net |
Həyatı
redaktəAyətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb. İran inqilabından sonra 3 dəfə Zəncandan İran parlamentinin üzvü seçilib. Üçüncü seçkidən sonra parlamentdə naib-rəis kimi çalışdı. İctihadda açıq baxışı və çağdaş olaylardan vaz keçməməsi onun ictihadi nəzərlərinin özəllikələrindəndir.
Ustadları
redaktəZəncandakı ustadları:
- Hüccətul-İslam vəlmüslimin Hacı Şeyx Yəqübəli Cabbar
- Hüccətul-İslam vəlmüslimin Şeyx Əbdülhəmid Qaemi
- Hüccətul-İslam vəlmüslimin Hacı Mirzə Əhməd Rəşündi Zəncani
- Ayətullah Hacı Mirzə Əhməd Zəncani
- Ayətullah Mirza Əli Nəqi Hillّi-ı Zəncani
Qumdakı ustadları:
- Böyük Ayətullah Seyid Məhəmmədkazım Şəriətmədari
- Ayətullah Əllamə Təbatəbayi
- Böyuk Ayətullah Sultani Təbatə
- Ayətullah Şeyx Əhməd Payani
- Böyuk Ayətullah Müntəziri
- Ayətullah Məhəmməd Müfəttih
- Ayətullah Murtəza Muthhəri
- Ayətullahşix Məhəmməd İsmayıl Saeni Zəncani
- Ayətullah Mustafa E'timadi
- Ayətullah eyxix Hüseyn Nüri
- Böyuk Ayətullah Ruhullah Xəmini
- Böyuk Ayətullah Muəhqiq Damad
- Böyuk Ayətullah Şeyx Murtaza Haeri
- Böyuk Ayətullah Mirzə Haşim Amoli
- Böyuk Ayətullah Əraki
- Böyuk Ayətullah Gülpayigani
- Böyuk Ayətullah Ruhani
Əsərləri
redaktə- Sünnət və Qur'an baxışından İmam və İmamət
- İslamın ekonomik sistemi
- Tanrını tanımaq
- Töhid
- İnsan Qur'anda
- İslami dövlətin para qaynaqları
- Şərq filosoflarının düşüncəsində İlliyət
- İslamın siyasi sistemi
- İslamın siyasi düşüncələrinə ötəri bir baxış
- İslam siyasi düşüncəsi və mədinətun-Nənbi
- Tüzih ul-Məmsail risaləsi
- həc əməlləri və əhkamı rəsaləsı
- Usul elmində tədqiqatlar
- İdalət mizanı
- Təhzibi- Nəfs
İran türkləri və Qarabağ haqda fitvası
redaktəƏsədullah Bayat İranda yaşayan Azərbaycan türklərinin haqları barədə, habelə Qarabağın ermənilər tərəfindən işqal olunmasına görə fitva verib. Fitvada türklərin öz hüquqi haqlarını almaqda lazımi işləri görməkdə mucaz sayılıblar. Qarabağ işğalını isə qəbul olunmaz bilərək bütün müsəlmanları o torpaqların azad edilməsinə yardım göstəməyə çağırıb.