Esenler - Wikipedia
Əsənlər (türk. Esenler) — İstanbul ilinin ilçəsi. Şimalında Bayrampaşa, cənubda Güngörən, cənub-şərqdə Zeytunburnu, qərbdə Bağçılar rayonları ilə həmsərhəddir. Əsənlər, 18 məhəllədən ibarətdir və ərazisi 5.227 hektardır.
Əsənlər | |
---|---|
41°03′13″ şm. e. 28°52′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 34 |
Digər | |
esenler.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsənlər, qonşu ilçələrindən fərqli olaraq, sənaye mərkəzi olmaqdan çox yaşayış mərkəzi xüsusiyyətini daşıyır. Əsənləri Davudpaşa yoluna bağlayan Ayaza yolu üzərindəki su nəzarət quyuları, bələdiyyə avtomobil qarajı kimi istifadə edilən Üç Üz, Ayaza Bulağı, Su Tərəzisi və qaraj daxilində xaraba vəziyyətdə olan kilsə gözəl bir memarlıq nümunəsi kimi qarşımıza çıxır. Əsənlər Mərkəz Məscidinin qarşısındakı kilsə qalığı bərpa edilərək müasir kitabxana olaraq istifadəyə verilmişdir. İstanbul qala divarlarının yıxılmasından sonra bu bölgə torpaqları hərbi baxımdan əhəmiyyət qazanmışdır. Rayon tarixi İstanbulun ümumi tarixində mühüm rol oynamışdır. Rayon tarixi əsər baxımından zəngin sayılmaz. Bizans və Osmanlı dövrünə aid bulaq, su kəməri, su tərəzisi və səbil günümüzə çatan tarixi tikililərdir.[1]
Tarixçə
redaktəBölgə, Bizanslılardan qalma bir yaşayış yeridir. Bu bölgənin ən qədim əhalisi Litros və Avas adları ilə qurulan kəndlərdə yaşayan romalılar olmuşdur. Respublika dövründə Roma mənşəli xalqın Yunanıstana köç etməsi ilə boşalan kəndlərə, Şərq Makedoniyadan gələn miqrantlar tərəfindən doldurulmuşdur. Uzun illər mübadilə kənd mövqeyində qalan Litros və Avas adlarını 1930-cu illərə qədər saxlamışdır. 1937–1940-ci illərdə aparılan dəyişikliklə Litros-Esenler, Avas-Atışalanı olaraq türkçələşdirilmişdir.
1993-cü ilin sonunda rayon olmuşdur. Əsənlərin yerləşdiyi region, əvvəlcədən Bakırköy ilçəsinə daxil olduğu halda, bu ilçə bölünməmişdən qabaq Güngörən ilçəsinin məhəllələrindən biri olmuşdur. Daha sonra da müstəqil bir ilçə olaraq yaradılıb.
Qalereya
redaktəƏsənlər avtovağzalından görüntülər
redaktəİstinadlar
redaktə- ↑ "Esenler İlçesi - YerelNet". Yerelnet.org. 22 iyul 2019. 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-22.