Esger Esgerov Jurnalist - Wikipedia
Əsgər Fərhad oğlu Əsgərov (14 mart 1936, Qaraçanta, Amasiya rayonu) — SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986)[1], "Təbib" nəşriyyatının baş redaktoru (2009)
Əsgər Əsgərov | |
---|---|
Əsgər Fərhad oğlu Əsgərov | |
Doğum tarixi | 14 mart 1936 (88 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | jurnalist |
Üzvlüyü |
Həyatı
redaktəƏsgər Əsgərov 14 mart 1936-cı ildə Ağbaba-Şörəyel mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır.
1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir.
İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), "Kolxozçu tribunası" rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960–1963), Amasiya orta məktəbində müəllim (1963–1965) işləmişdir.
1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi seçilmişdir.
1967-ci ilin fevralında İrəvanda "Sovet Ermənistanı" respublika qəzetində şöbə müdiri, 1978-ci ildən isə qəzetdə məsul katib işləmişdir.
Sov.İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının məzunudur (1978).
1986-cı ildən Bakı şəhərinə köçmüş və Abşeron rayonunda rəhbər vəzifələrdə çalışmış (1986–1993), Abşeron rayon Dövlət arxivinin müdiri olmuşdur (1993–2008).
2009-cu ildən Azərbaycan Tibb Universiteti "Təbib" nəşriyyatının baş redaktorudur.
1967-ci ildən SSRİ Jurnalistlər Birliyinin üzvü, 1986-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əsgər Əsgərovun vaxtaşırı respublika mətbuatında, dövrü nəşrlərdə məqalələri, oçerkləri çap olunur. O, həmçinin dil, üslub, tərcümə məsələləri ilə bağlı sanballı yazıların müəllifidir.
Məqalələri əsasən "Sovet Ermənistanı", "Kommunist", "Xalq qəzeti", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Abşeron" və s. dövrü mətbuatda çap olunmuşdur.
Məqalələri
redaktə- "Bir ünvan itirmişəm…", Xalq qəzeti. — 2010. — 23 fevral. — Səh. 7.
- "Yaxşı oxuyursan, amma…". "Laçın yurdu" jurnalı, № 1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012., səh. 65–73.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Böyük maarif ocağı haqqında xatirələr və qeydlər - Əsgər Əsgərov yazır". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.