Eski Saray Mescid - Wikipedia
Əski-Saray (krımtat. Eski Saray, Köhnə saray) — keçmiş məscid, XIV əsrin krım-tatar arxitekturasının abidəsi, Krımda yerləşən ən qədimi məscidlərdən biri. Məscid Simferopol rayonunun Pioner kəndində yerləşir.
Əski-Saray | |
---|---|
krımtat. Eski Saray | |
44°52′53″ şm. e. 34°12′43″ ş. u.HGYO | |
Ölkə |
Rusiya Ukrayna |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Pioner |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMəscid Salqir çayının vadisində yerləşmişdir. Əski-Sarayın yox olmuş qəsəbəsinin yerində inşa edilmişdir. Əvvəllər burada məsciddən başqa, həmçinin zərbxana və saray (sonuncu adını qəsəbəyə vermişdir) fəaliyyət göstərirdi. Məscid Qızıl Orda ulusu zamanında dağılmışdır.
1923-cü ildə məscidi professor P. V. Nikolski tədqiq etdi. Onun yazılarına əsasən, o zaman məscidi günbəz bəzəyirdi. Həmin günbəz bizim dövrümüzə qədər gəlib çata bilməmişdir. Sovet vaxtında bir neçə dəfə məscidi bərpa etmək cəhdi göstərilmişdir. 1969-cu ildə abidənin ruinirovanizasiya və konservasiyası üzrə işlər görülmüşdür: çatların inyeksiyaları aradan qaldırılmış, bir sıra alt pəncərələrdə daş hörməsi qismən bərpa edilmişdir. Divarlar dəmir-beton qayışıyla bərkidilmişdir.[1]
Arxitektura
redaktəMəscid iki kvadrat şəklində olan hissədən təşkil olunmuşdur: 12,7 m uzunluğu olan böyük və 6 m uzunluğu olan kiçik hissədən. Kiçik məscid təxmini olaraq, qadınlar üçün nəzərdə tutulurdu. Şimal-qərb tərəfindən — minarənin xarabalıqlarını görmək mümkündür.[2] Məscidin divarları xırda dənəli qumdaşıdan hörülmüşdür. Divarlar kifayət qalındırırlar (125 santimetrə qədər).[3] Konstruktiv və dekorativ elementlər əhəng daşı ilə yerinə yetirilmişdir. Şimal tərəfində yerləşmiş əsas giriş tağı qövs şəklində işlənilmişdir. Yan tərəflərdə mehrab şəklində olan taxçalar yerləşmişdir.[2] Məscidin (şərqdən başqa) divarlarından hər biri 5 pəncərəyə malikdir: birinci səviyyədə 2 kvadrat, ikincidə 2 yarımdairəvi və üçüncü səviyyənin mərkəzi hissəsində yumru pəncərə.
İstinadlar
redaktə- ↑ "Мечеть Эски-Сарай". Крымский архитектурный портал. 2014-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ 1 2 "Мечеть Эски-Сарай". cidct.org.ua. 2013-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ "Мечеть Эски-Сарай". crimeaz.ru. 2017-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
Tarixçə
redaktə- Исаенко А. Путешествие к Эски-Сарайской мечети // Крымские известия. −2005. — № 35
- Крикун Е. В. Памятники крымскотатарской архитектуры. — Симферополь : Крымучпедгиз, 1998