Esrimizin Siyavusu - Wikipedia
Əsrimizin Siyavuşu (osman. عصرمزك سیاوشی, türk. Asrımızın Siyavuşu) — Müsavat partiyasının keçmiş lideri və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi əsəri (esse).[1][2] Məhəmməd Əmin əsəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazıb. Əsər 1923-cü ildə İstanbulda çap edilib.
Əsrimizin Siyavuşu | |
---|---|
osman. عصرمزك سیاوشی | |
| |
Janr | esse |
Müəllif | Məhəmməd Əmin Rəsulzadə |
Orijinal dili | türk dili |
Yazılma ili | 1920 |
Nəşr ili | 1923 |
Nəşriyyat | Amedi Mətbəəsi |
Əvvəlki | "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" |
Yazılma tarixi
redaktəBakı 1920-ci ildə bolşeviklərin əlinə keçdikdən sonra Məhəmməd Əmin Rəsulzadə bir ay müddətində şəhərdə qalmışdı. Daha sonra o, dostu ilə birlikdə Gürcüstana getdi. Onlar səyahət zamanı Şamaxı qəzasının Lahıc qəsəbəsində, yerli sakinlərin birinin evində qalırlar.[3] Evin kiçik kitabxanasında fars, azərbaycan və rus dillərində kitablar var idi. Kitabxanada Məhəmməd Əmin diqqətini çəkən əsər Firdovsinin "Şahnamə"si idi. Məhəmməd Əmin ev sahibinin icazəsi ilə kitabı oxumağa başladı. Onun ən çox xoşuna gələn hissə Siyavuş haqqında dastan idi. Məhəmməd Əmin hekayə ilə tanış olsa da, bir dəfə də dostuna yüksək səslə oxudu.[4] Əsərdən ilhamlanan Məhəmməd Əmin dedi:
Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam.[4] |
Məhəmməd Əminin dostu hər dəqiqə basqın gözləntisi olduğu halda onun yazı yazacağına inanmadı. Ancaq o, yazmağa başladı. Məhəmməd Əmin bir neçə səhifə yazdıqdan sonra onlar yerlərini dəyişdirməli oldular. Yeni yer onun daha da ilhamla işləməsinə kömək etdi. Altı gün sonra yenidən yerlərini dəyişdilər. Burada sonuncu bölmənin qaralama variantı tamamlandı.[5]
Amma Rəsulzadə dostu ilə Lahıcda daha çox qala bilməzdilər. Qəsəbə sakinlərindən bəziləri nəzarət altına alınmışdılar, qəsəbənin üzərində isə müşahidə edilirdi. Rəsulzadə Lahıcı tərk etdi və kəndlərin birində əsərini təzədən yazmağa başladı. Tutulacaq deyə ehtiyatlanan Məhəmməd Əmin Rəsulzadə, əsərin surətini kəndlinin evində saxladı, qaralama halın isə özündə. Amma tezliklə onun gizləndiyi yer tapıldı, özü isə həbs edildi. Təslim olmadan öncə Rəsulzadə onda olan surəti məhv etmişdi.
Rəsulzadə Moskvaya aparıldı. İki ildən sonra onu Finlandiyaya, oradan isə İstanbula köçürtmək mümkün oldu. Bu iki il ərzində kəndliyə verdiyi nüsxənin saxlanılması haqda heç bir şey öyrənə bilməmişdi. Həmən əsərin onun dostlarında olması mümkün deyil idi, çünki Məhəmməd Əmin Rəsulzadə kəndliyə tapşırmışdı ki, onun yazılı icazəsi olmadan nüsxəni heç kəsə verməsin. Nəhayət, 1923-ci ildə Rəsulzadə İstanbula gəlib çatmış əsəri tapdı. "Əsrimizin Siyavuş" həmin il İstanbulda dərc olundu.[6]
Rəsulzadə itirilmiş əməyinə görə çox üzülürdü. Onun dostları ona əsəri yenidən yazmağı məsləhət görürdülər, amma Rəsulzadə qeyd edirdi ki: "Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun (saxlanıldığım zaman daşıdığım gizli ad) əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.
Çapı
redaktə"Əsrimizin Siyavuşu" ilk dəfə 1923-cü ildə İstanbulda türk dilində çap edildi. 1928-ci ildə əsər yenidən İstanbulda çapdan çıxdı.[7] 1989-cu ildə "Əsrimizin Siyavuşu" Ankarada nəşr olundu.[8]
"Əsrimizin Siyavuşu" ilk dəfə azərbaycan dilində 1990-cı ildə Bakıda çap edildi. Mais Əlizadə əsəri türk dilindən tərcümə etmişdi.[8]
Mənbələr
redaktəŞərhlər
redaktəİstinadlar
redaktə- ↑ Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Рецензент: Л. Б. Алаев. — М.: Академкнига, 2003. — С. 122-123. — 592 с. — 2000 экз. — ISBN 5-94628-118-6.
- ↑ Балаев, 2009. səh. 213
- ↑ "ƏSRİMİZİN SİYAVUŞU". 2017-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-25.
- ↑ 1 2 Рәсулзадә, 1990. səh. 16
- ↑ Рәсулзадә, 1990. səh. 17
- ↑ Rəsulzadə və “ Əsrimizin Siyavuş”u[ölü keçid]
- ↑ Әлијев, 1990. səh. 13
- ↑ 1 2 Әлијев, 1990. səh. 15
Ədəbiyyat
redaktə- Мәммәд Әмин Рәсулзадә. Әсримизин Сијавушу. Чағдаш Азәрбајҹан әдәбијјаты. Чағдаш Азәрбајҹан тарихи / Под ред. Арифа Аджалова. — Б.: Ҝәнҹлик, 1990. — 112 с. — ISBN 5-8020-0772-9.
- Әлијев М. Мәммәд Әмин Рәсулзадәнин өмүр јолу (азерб.) // Әсримизин Сијавушу. Чағдаш Азәрбајҹан әдәбијјаты. Чағдаш Азәрбајҹан тарихи. — Б.: Ҝәнҹлик, 1990.
- Балаев А. Мамед Эмин Расулзаде (1884-1955) / Научный редактор: М. Н. Губогло – доктор исторических наук, профессор, зам. директора Института этнологии и антропологии РАН. Рецензент: С. М. Исхаков – доктор исторических наук, профессор, Институт Российской истории РАН.. — М.: Издательство «Флинта», 2009. — 288 с. — ISBN 978-5-9765-0785-2.