Evesor Xalq Kollektivi - Wikipedia
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər.[1][2] Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir.[3][4] Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir.[5] 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.[6]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Arxivlənmiş surət". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Arxivlənmiş surət". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Arxivlənmiş surət". 2019-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Arxivlənmiş surət". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Arxivlənmiş surət". 2019-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.