Az - Wikipedia
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir.
.az | |
---|---|
Təqdim olunma tarixi | 23 avqust 1993 |
Növü | Yuxarı dərəcəli milli domen |
Status | fəaliyyət göstərir |
Qeydiyyat | AZNIC |
Sponsor | CCTLD |
Aktual istifadə | Azərbaycanda geniş istifadə olunur |
Sənədlər | whois.az |
Vebsayt | nic.az |
2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur[1]. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib[2].
Tarixi
redaktəDomen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür. İkinci səviyyəli əsas domenlər bunlardır: .com.az, .net.az, .int.az, .gov.az, .org.az, .edu.az, .info.az, .pp.az, .mil.az, .name.az, .pro.az və .biz.az. Domenlərin qeydiyyatını IntraNS şirkəti həyata keçirir.
.gov.az 2005-ci ildə Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
- Rəna Qasımova, "İnternetdə domen problemləri və həlli yolları", 2012, Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 164 s., ISBN 978-9952-434-42-2
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Statistics" (ingilis). 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
- ↑ Top-Level Domain Zone File Information Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Verisign şirkətinin rəsmi saytı