13 Eded - Wikipedia
On üç — say sistemində ədədlərdən biri. On ikidən sonra, on dörddən əvvəl gəlir.
13 | |
---|---|
on üç | |
← 11 · 12 · 13 · 14 · 15 → | |
Faktorizasiya | 13 (sadə) |
Rum rəqəmi | XIII |
İkili | 1101 |
Səkkizlik | 15 |
Onaltılıq | D |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəMifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər.
On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur. Belə ki, xristian dini miflərinə görə, İsa peyğəmbərin şagirdləri sırasında qəflətən on üçüncü şagirdin peyda olub peyğəmbəri ələ verməsi (bəzi miflərdə peyğəmbəri elə bu on üçüncü şagird öldürüb) məsələsi on üç sayına mənfi münasibət yaratmışdır. Hətta iş o yerə gəlib çıxıb ki, qədim yəhudilər on üçü "ölüm sayı" hesab etmişlər. Odur ki, onlar bu "ölüm sayı"nı rəqəmlə yox, "M" ilə demiş, yazmışlar. Qədim Babilistanda, Misirdə də on üç sayına hüzn, bədbəxtlik başlanğıcı kimi baxılmış və haqq-hesab işlərində bu saydan istifadə etməməyə çalışmışlar. Qərbi Avropa ölkələrində indinin özündə də on üç sayı nəhs bilinir, uğursuzluq simvolu zənn olunur. On üç ədədindən qorxunun elmi adı triskaydekafobiya kimi səslənir.
Azərbaycanda da əskilərdən üzü bizə sarı və elə indi də bu sayla bağlı "on üç nəhsdir" deyimi tez-tez təkrar edilir. Hətta bu düşüncə "On üç nəhsdir, düşər-düşməzi olar" atalar sözünün yaranıb formalaşmasına da zəmin yaratmışlar. Odur ki, bir nəsnəni sayanda on ikidən sonra on üçə çatanda o andaca "On üç nəhsdir", yaxud "On üç deyil" söyləyib on dörd deyilir. Amma atalar sözü olaraq misal gətirdiyimiz örnəyə diqqətlə baxdıqda buradakı "düşər-düşməz"in birinci komponentinin, yəni "düşər"in uğur, xeyir mənasında olduğunu görürük. Deməli, Azərbaycanda on üç sayının "düşərli" olması təsəvvürü də vardır. On üç sayına mənfi baxışın yaranmasına başlıca səbəb, sözsüz ki, Onikilik say sistemi olmuşdur. Vaxtilə yalnız on ikiyə qədər saymağı bilən və çoxluq mənası verən bu sayı uğur simvolu kimi qəbul edənlər birdən-birə sonrakı on üçün ortaya çıxmasından xoflanmış, qorxmuşlar. Odur ki, onlar bu on üçü "şeytan yığnağı", "şeytan əməli" hesab etmişlər. Əslində isə bu say da, olsa-olsa elə sayma vasitəsidir. Hətta on üç sayını özləri üçün tale sayı, uğur simvolu bilənlər də az deyil.
Riyaziyyatda
redaktə- On üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Riyaziyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |