13 Noqteli Hippodamia Parabuzeni - Wikipedia
13 nöqtəli hippodamia parabüzəni (lat. Hippodamia 13-punctata L.) — Qanadüstlüyü narıncı rəngdədir.
13 nöqtəli hippodamia parabüzəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: 13 nöqtəli hippodamia parabüzəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Biologiyası
redaktəQanadüstlüyü narıncı rəngdədir. Bir ədəd qara nöqtə boyun hissədə, 5-6 ədəd isə qanadlarında harmonik və simmetrik düzülüb, başı sarı, böyüklüyü 5–7 mm-dir.[2] Azərbaycanın bütün təbii zonaları üçün xarakterikdir. Lakin fərdlərin say dinamikasına görə Şirvan zonasında və Naxçıvan ərazisində nisbətən çoxluq təşkil edir. Ən çox rütubətli biosenozlara meyilli olurlar, taxıllar fəsiləsinə aid olan bitkilər üzərində qidalanır. İşıqsevər böcəkdir, gecələr tək-tək işığa doğru uçurlar. Havalar isindikcə yay aylarında bataqlıq qamış və qarğı üzəridə diapauza mərhələsi keçirmədən qidalanır və fasiləsiz olaraq çoxalırlar. Yumurtadan sürfə çıxımı çox olur (70-80%). Beləliklə, böcək mühit amillərinə qarşı həssasdır və adekvat reaksiya verə bilir. İl ərzində iki nəsil verir. Yumurta qoyma may ayının ikinci yarısından başlayır. İyunun ikinci yarısında sürfə kütləvi olaraq intensiv surətdə mənənələri məhv edir. Qışı qidalandığı rütubətli sahələrin yaxınlığında nisbətə yüksək yerlərdə xəzəl və çöplərin altında keçirir, soyuğa dözümlüdür.
Yayılması
redaktəQərbi Avropada və Şimali Amerikada yayılıb.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
Ədəbiyyat
redaktə- Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 65
- Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
- Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.