1946 Ci Il Iran Bohrani - Wikipedia
1946-cı il İran böhranı və ya Azərbaycan böhranı — İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dəyandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı tərəfindən başladılmış böhran. İranın işğalı 1941-ci ildə Sovet ordusu tərəfindən şimaldan və Britaniya ordusu tərəfindən mərkəz və cənub hissədən başladılmışdır. İran müharibə dövründə amerikalılar və britaniyalılar tərəfindən Sovet İttifaqının mübarizə apardığı müharibə ilə əlaqədar mühüm ləvazimatların təchizatı üçün daşıma yolu kimi istifadə olunurdu.
1946-cı il İran böhranı | |||
---|---|---|---|
Soyuq müharibə | |||
| |||
Tarix | noyabr 1945 – 15 dekabr 1946 | ||
Yeri | İran, Azərbaycan Milli Hökuməti, Mahabad Cümhuriyyəti | ||
Nəticəsi |
İranın qələbəsi.
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları bu məsələdə neytral mövqedə dəyanırdı və İkinci Dünya Müharibəsinə döyüşən tərəf kimi hələki qoşulmamışdır. Buna görə də müttəfiqlər kimi tanınan blok prinsip olaraq (Polşa və Fransanın 1939–1940-cı illərdə alman ordusu tərəfindən işğalına müvafiq olaraq) Birləşmiş Krallıq və Sovet İttifaqından ibarət idi. Blok 1941-ci ilin iyun ayında SSRİ-nin qərb ərazilərinin almanlar tərəfindən işğalına cavab olaraq yaradılmışdır. İranın işğalı sonrasında müttəfiqlər qarşıdakı 6 ay ərzində bir-birləri ilə müvcud olan düşmənçiliklərinə son verəcəkləriylə bağlı razılığa gəldilər. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və onun İrandakı tərəfdarları Azərbaycan Milli Hökumətini yaratdı.[2]
1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Mahabad Cümhuriyyəti yarandı. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı. Bu dönəmdə artıq onlar İran qüvvələri ilə döyüşürdülər və nəticədə 2000 nəfər itki verdilər. İranın baş naziri olmuş Əhməd Qəvam ilə aparılan danışıqlar və ABŞ-nin Sovet İttifaqına qarşı etdiyi təzyiqlər nəticəsində SSRİ geri çəkilməyə məcbur qaldı. Bu böhranın qığılcımları görünən Soyuq müharibənin ilk münaqişələrindən biri kimi qəbul edilir.
Arxaplan
redaktəAlmanniyanın Sovet İttifaqı ilə mövcud olan müqaviləni pozduqdan və 1941-ci ilin iyununda SSRİ-yə hücumundan sonra avqustun iyirmi beşi Böyük Britaniya və SSRİ profilaktik tədbir kimi İrana hücum edərək onu birlikdə işğal etdilər və bu işğala Lend-liz müqaviləsinə görə SSRİ-yə çatdırılacaq ləvazimatlara qarşı bir müdafiə qapısı olaraq haqq qazandırdılar. Nəticədə Rza şah Pəhləvi öz taxtından geri çəkilərək Mavrikiyə sürgün olundu. Onun oğlu, Məhəmməd Rza Pəhləvi isə yeni monarx kimi taxta çıxdı. 1942-ci ilin yanvar ayında aralarında imzalanan Üçlər paktı sayəsində bəyan edilirdi ki, ordularının İrandakı mövcudluğu heç bir işğal xarakteri daşımır, İran onların müttəfiqi sayılır və müharibə başa çatacağı gündən etibarən yalnız 6 ay burada qalacaqları ilə bağlı söz verirdilər.
Müharibənin davam etdiyi müddətdə Böyük Britaniya və SSRİ İranı Üçüncü Reyxə qarşı vuruşan SSRİ-nin lazımi ləvazimatlarla təmin edilməsinə kömək edən xətt olaraq istifadə etdilər. Həmçinin ABŞ-nin otuz üçüncü qeyri-döyüş qoşunları bu ləvazimatların ötürülmsəi üçün İrana çatdı və sonradan bu İran vasitəsilə olan tranzit "Qələbəyə aparan körpü" kimi adlandırılmağa başladı. 1943-cü ildə baş tutmuş Tehran konfransında böyük üçlük birlikdə İranın gələcək suverenliyi ilə bağlı yeni təminatlar verdilər. Həmçinin savaşdan sonrakı yenidənqurma və inkişafla bağlı öz dəstəklərini vəd etdilər.
Baxmayaraq ki Almaniyanın Potsdam konfransında təslim olma aktını imzalamasından sonra İranın işğalı başa çatdı amma Stalin Çörçilin 1943-cü ildə baş tutmuş Tehran konfransında sonra təklif etdiyi, müttəfiqlərin konfransdan sonra İrandan geri çəkilməsi təklifinə qarşı olmuşdur. 1945-ci ilin sentyabr ayında Yaponiya üzərində qələbədən sonra ilk olaraq ABŞ daha sonra isə Böyük Britaniya müqavilədə nəzərdə tutulduğu kimi qoşunlarını geri çəkdi. Sovet İttifaqı anlaşmanın şərtlərinə pozan tək tərəf deyildi; bu zaman onlar qoşunlarını cənuba tərəf yönəltdi. 1945-ci ilin dekabrın ortalarından etibarən qoşunların və gizli polisin xidmətlərindən istifadə edərək İran ərazisində 2 "Xalqların Demokratik Respublikaları"nın əsasını qoydular. Bunlar Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Hökuməti və Qazi Muhəmmədin başçılıq etdiyi Mahabad Cümhuriyyəti idi.
Azərbaycan Milli Hökuməti
redaktəAzərbaycan Demokratik Firqəsi (ADF) 1945-ci ilin sentyabrında yaradılmış və rəhbəri uzun zaman Gilan bölgəsində inqilabi hərəkatında rəhbəri olmuş Seyid Cəfər Pişəvəri idi. Azərbaycan Demokrat Firqəsi Sovet ordusunun İran hərbi qüvvələrinin müdaxilə etməsinə əngəl yaradaraq Firqənin Cənubi Azərbaycan boyunca genişlənməsinə kömək olmuşdur. 1945-ci il sentyabrın ilk həftəsində Azərbaycan Demokrat Firqəsi özü Cənubi Azərbaycanın idarə edilməsini bəyan etdi liberal demokratik dəyişikliklərlə bağlı vəd verdi və ərazisində fəaliyyət göstərmiş İran kommunist partiyası sayılan İran Tudə Partiyasının fəaliyyətinə son qoydu.
1945-ci ilin sentyabrın sonlarında Azərbaycan Demokratik Partiyası özünün ilk qurultayında kəndlilərdən ibarət milis dəstələri formalaşdırmaqla bağlı səlahiyyət qazandı ki məhz bu dəstələr 1945-ci ilin noyabrın ortalarında bütün hökumət məntəqələrini tutdu və Cənubi Azərbaycan 39 milli üzvdən ibarət və başçıdan ibarət olmayan müstəqil respublikaya çevrildi. Bu qısa ömürlü respublikanın baş naziri Əhməd Kordari olmuşdur.
Baxmayaraq ki Sovetlər əvvəlcə yeni muxtar qurumu dəstəklədi və İran ordusuna ərazidə dövlət nəzarətini bərpa etməsinə mane olsa da bu vəziyyət çox uzun çəkmədi. SSRİ-nin geri çəkilməsindən sonra İran ordusu 1946-cı ilin dekabr ayında əraziləri işğal etdi Pişəvəri və onun kabineti Sovet İttifaqına qaçmaq məcburiyyətində qaldı.
Kürd Mahabad Cümhuriyyəti
redaktəMahabad Cümhuriyyəti 1945-ci ilin dekabrınd elan edilmişdir. Yeni yaranmış və sovetlər tərəfindən təsdiqlənmiş kürd respublikanın dini rəhbəri Qazi Muhamməd olmuşdur. Sovetlərin qarşı olmasına baxmayaraq Mustafa Bərzani Mahabad Cümhuriyyətində Peşmərgə adlanan yeni hərbi qüvvə yaratdı. Bərzaninin təhlükəsizlik dəstəyi ilə 60 kürd lider KDP-nin ilk partiya platformu yaradıldı və Qazi Muhamməd 1946-cı ilin 22 yanvarında onun ilk prezidenti seçildi.
Kürd dəstələri Sovet odusunun kapitanı Salahəddin Kazımov tərəfindən təşkil edilir və məlumatlanırdı. Sovetlər ən azı 60 kürdü Sovet Azərbaycanına hərbi təlimlər məqsədiylə göndərməklə öz nüfuzlarını artırdılar. Ümumilikdə isə Mahabad ordusunda 70 fəal zabit 40 çavuş və 1200 alt qrup əsgərlərdən ibarət idi.
29 aprel 1946-cı ildə Mahabad Cümhuriyyətinin Azərbaycan ilə bağladığı hərbi tərəfdaşlıqla bağlı müqaviləsindən 5 gün sonra Qəhrava respublikasının cənub şərqində yerləşən Birinci Kürd Alayı artilleriya və süvari dəstələrdən ibarət 600 iranlı əsgərin hücumuna məruz qaldı. Bu döyüşdə Bərzaninin rəhbərliyi altında olan peşmərgə iran qüvvələrinə qarşı uğurla döyüşdü və Qəhravaya çatan ilk iran dəstələrini pusquya salaraq 21 əsgərini öldürmüş 17 əsgəri yaralamış və 40 nəfəri əsir götürməklə Mahabad Cümhuriyyətinin ilk qələbəsinin əsası qoyulmuşdur.
Mahabad peşmərgə dəstələrinin həmçinin 1946-cı ilin mayında bölgədə iran kəşfiyyat qüvvələriylə döyüşü baş tutmuşdu. Kürd hücumları həmin ayda sovetlərin təsirinin bölgədə ləğv olmasında rol oynamış Sovet-İran neft anlaşmasından sonra azalmağa başladı. Kürd dəstələri və İran generalı Əli Razmara arasında 3 may 1946-cı ildə imzalanmış atəşkəs müqaviləsi hücumların qarşısını kəsdi, hər iki tərəfin geri çəkilməsini dəstəklədi və bundan başqa hər iki tərəfə bölgədəki dəstələrinin təchiz edilməsinə icazə verdi.
15 iyun 1946-cı ildə hazırlıq dövrü başa çatdıqdan sonra Mamaşahda yerləşən İkinci Kürd Alayı artilleriya, tanklar və hərbi təyyarələrlə dəstəklənmiş 2 İran batalyonun hücumuna məruz qaldı. Kürdlərin məğlubiyyəti nəticəsində İran dağlıq əraziləri zəbt etdi dağlıq ərazilərdə hərbi nəzarət qalaları qurdu və bu ərazilərdə hərbi dəstələr saxlamağa başladı. Mamaşah döyüşündən sonra dəstələrin qıtlığı üzündən Mahabad Cümhuriyyətinin vəziyyəti ağırlaşdı.
Qazi Muhammədin zəifləmiş hökumətinə qəbilə dəstəyi olaraq Bərzaninin peşmərgə dəstələri Mahabadın hərbi qüvvələri bölgəni kimi tərk etdi. Nəticədə Mahabadın mövqeləri 1946-cı ilin sonlarından başlayaraq ümidsiz qalmağa başladı. Hətta sovetlərin vəd verdikləri köməkdə göndərilə bilmədi. Mahabad Cümhuriyyəti 1946-cı ilin deakbrında Cənubi Azərbaycanın işğalından sonra İran qüvvələrinin yenidən oranı öz tərkibinə qatması planlarının qarşısında olduqca ağır vəziyyətlə üzləşdi. Münaqişələrin qalmasına baxmayaraq tərəflər nəhayət danışıqlara başladılar. Bərzanilər həmçinin Peşmərgə və onların ailələri 15 dekabr 1946-cı ildə Naqada bölgəsindən geri çəkildilər və İran ordusu Mahabbada daxil oldu və beləcə 1 il sürən Kürd Respublikasına son qoyuldu.
Mahabbad qüvvələrinin tərk silah edilməsi üçün cəhdlər edilsədə Peşmərgə özlərinə aid olan bir çox silahın qaçaqmalçılıq yolu ilə yayındırılmasına nail oldu. 1947-ci ilin martında onlar düşmənləri olan İran qüvvəkləri ilə yenidən üz-üzə gəldilər. Mart boyunca müxtəlif döyüşlərdə Peşmərgə özlərini bir neçə hücumdan qorumağa müvəffəq olsa da İran qüvvələrinin davam edən hücumları Bərzanilərə yeni kürd əsgərlərin toplamağını labüd etdi. Peşmərgə hətta bir neçə döyüşdə uğur qazanarkən bunlara Nalos döyüşüdə daxildir ki məhz bu döyüşdə onlar öz artilleriyalarını uğurla istifadə edərək bir çox İran əsgərini məhv etdilərki buraya İran komandiri Kolonel Kalaşidə daxil idi. Həmçinin bir çox İran əsgəri əsir götürüldü. İran ordusunun pusquya düşməsi nəticəsində 50 İran əsgəri öldürüldü və İran leytenantı Cahabani və onun oğlu general Cahabani əsir götürüldü. Amma davamlı olaraq ciddi hücum altında qalan Mustafa Bərzani və onun qüvvələri sərhədə doğru qaçaraq İraq Kürdüstanına qaçmağı bacardılar.
Peşmərgə və Bərzani rəhbərliyi İraqda iki dalğada, İraq polisinin və jaş qüvvələrinin aradan qaldırılmasına müvəffəq olsa da Barzan yolunda qarşılaşdıqları Şeyx Əhməd Barzani, İraq hökuməti tərəfindən həbs olundu və Mustafa Barzaninin təslim olması tələb edildi. İraqlılar Mustafanın məğlub edilməsi və təslim olması üçün qoşunlarını hazırlamağa başladığı anda o Sovet İttifaqına təxliyə olunması qərarına gəldi. Səyahət 1947-ci ilin Mayında başladı və Bərzaninin qüvvələri İran hərbi birləşmələri ilə qarşıdurmaya girdi.
1947-ci il 9 İyunda Peşmərgə ordunun bir bölməsinə hücum etdi. İkitərəfli qarşıdurma ərzində Mustafa Bərzani və Əsəd Xoşavinin rəhbərliyi ilə Peşmərgə yüzlərlə İran əsgərini öldürdü bir neçə tankını artilleriya qurğusunu və 1 təyyarəni məhv etdi. Səyahətləri boyunca İran ordusundan qaçan və ya hücum edən Bərzanilər 500-dən çox Peşmərgə və onların ailəsi ilə birlikdə Araz çayını keçərək 1947-ci ilin 18 iyununda Sovet İttifaqına daxil oldular.
Diplomatik təzyiq və dəstək
redaktəAmerika Birləşmiş Ştatları Qızıl Ordunun İrandan geri çəkilməsi və sovet təsirinin azaltmaq məqsədiylə SSRİ üzərində qüvvətli təzyiqə başladı. Ardıyca ABŞ-nin rəsmi etirazı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1946-cı ilin yanvarın 30-u tarixində 2 qətnamə qəbul etdi; Sovetlərin cavabı 1946-cı il martın 24-də gəldi və dərhal çıxacağı ilə bağlı vəd versə də, amma əslində daha bir neçə həftə daha orada qaldı.
Baharın ikinci dövründə, ABŞ İranın SSRİ-nin hərəkətlərinə qarşı olan şikayəti əsasında Təhlükəsizlik Şurasında qəbul edilmiş 3 və 5 saylı qətnamələri dəstəklədi.
1946-cı ilin dekabr ayının üçüncü həftəsində ABŞ şah rejiminin Azərbaycan və Mahabbadı yenidən işğalını nəzərdə tutaraq göndərdiyi hərbi qüvvələri dəstəklədi. İranın Azərbaycan anklavı liderləri Azərbaycan SSR-ə qaçdılar, və Kürd Respublikasının liderləri ölümə məhkum edildilər. Onlar 1947-ci ildə Mahabbadın mərkəzində yerləşən Çahar Çerağ Meydanında asıldılar.
Dördüncü mərhələ 1947-ci ildə başladı və Sovetin planları İranın şimal ərazilərindəki neft yataqları məsələsinə yönəldi. Həmin ildə yeni məclis üçün keçirilmiş seçkidə yeni seçilmiş millət vəkilləri SSRİ-İran arasında neft müqaviləsini icra etməkdə həvəssiz idilər hansı ki məhz müqaviləyə əsasən SSRİ tərəfi burada 51% hissəyə və de-fakto nəzarətə sahib idi. 1947-ci ilin 11 sentyabrında ABŞ səfiri Corc. V Allen xarici hökumətlərin hədə ilə həyata keçirdikləri İranda gəlirli imtiyazlarını qorumalarını açıq şəkildə qınadı və İrana öz təbii resurlarından istifadəsilə bağlı azad seçim etməsilə bağlı ABŞ-nin tam dəstək verəcəyini bəyan etdi. Bu qəti formalı cəsarətləndirmə ilə İran hökuməti 1947-ci ilin 22 oktyabr tarixində 102-nin 2-yə fsəs sayı ilə SSRİ ilə imzalanan müqaviləni icra etməkdən imtina etdi.
Nəticə
redaktəBu münaqişə Soyuq Müharibənin Avropadan kənar ilk epizodlardan biri idi və İkinci Dünya müharibəsində SSRİ VƏ ABŞ-nin birgə qazandıqları qələbənin ardınca hər iki ölkə arasında inkişaf edən və getdikcə mübahisəli siyasi münasibətlərdə bir faktor olmuşdur. Lenzovskiyə görə ABŞ prezidenti Trumanın hərəkətləri ABŞ ilə İran əlaqələrinin əsasını qoydu və Sovet sisteminin təbiətini və onun genişlənmə proseslərini həmçinin Sovet təhdidləri və təcavüzünü zəruri hallarda güc yolu ilə qarşısının alınmasına əsaslanırdı.
İstinadlar
redaktə- ↑ Michael G. Lortz. (Chapter 1, Introduction). The Kurdish Warrior Tradition and the Importance of the Peshmerga. pp.27-29. "Archived copy" (PDF). October 29, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-16.
- ↑ All the Shah's Men, Kinzer, p.65–66