2020 Yay Olimpiya Oyunlari - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
2020 Yay Olimpiya Oyunları — rəsmi olaraq XXXII Olimpiada Oyunları olan və brend olaraq Tokio 2020 kimi tanınan 23 iyul — 8 avqust 2021-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq çoxnövlü idman tədbiri. Bəzi yarışlar 21 iyuldan başlamışdı. 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən BOK-un 125-ci Sessiyasında Tokio ev sahibi şəhəri olaraq seçildi.[2]
2020 Yay Olimpiya Oyunları | |
---|---|
Şəhər | Tokio, Yaponiya |
İdmançıların sayı | 206[1], 11.420[1] |
Açılış mərasimi | 23 iyul |
Bağlanış mərasimi | 9 avqust |
Rəsmən açılışı edib | 23 iyul |
Olimpiya məşəli | Naomi Osaka |
Vikianbarda əlaqəli mediafayllar |
Yarışın ilkin olaraq 24 iyul 2020-ci il — 9 avqust 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılırdı. Lakin 20 mart 2020-ci ildə tədbir qlobal COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə təxirə salındı, bu, Olimpiya oyunları tarixində ilk belə hal idi, oyunların ləğv olunduğu hallar olmuşdu, amma vaxtının dəyişdirilməsi baş verməmişdi.[3] Bununla belə, tədbir marketinq məsələləri nəzərə alınaraq tədbir Tokio 2020 brendi adı altında keçirildi.[4] Pandemiya nəzərə alınaraq idman yarışları azarkeşlərsiz baş tutdu.[5] Oyunlara çəkilən ümumi xərclər 20 milyard dollardan çox idi, həmin tarixə qədərki ən bahalı Olimpiya oyunları hesab olunur.[6]
Ev sahibinin seçilməsi
redaktəÜç namizəd şəhər var idi: Tokio, İstanbul və Madrid. Bakı və Doha da namizədlik üçün müraciət etsə də, namizəd şəhər statusu ala bilməmişdilər. Roma namizədliyini təklif edib, sonra isə geri götürmüşdü.[7][8]
Beynəlxalq Olimpiya Komitəsi 7 sentyabr 2013-cü ildə Argentinanın Buenos-Ayres şəhərində keçirilən BOK-un 125-ci Sessiyasında 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin seçilməsinə səs verib.[8] Namizəd şəhərlərdən heç biri birinci turda 50%-dən çox səs qazana bilməyib; Madrid və İstanbul eyni sayda səs toplayaraq ikinciliyi bölüşürdülər, buna görə də iki şəhərdən hansının kənarlaşdırılacağını müəyyən etmək üçün ikinci tur səsvermə keçirilib. Bu səsvermədə Madrid daha az səs toplayaraq səsverməni uduzub. Yekun səsvermə Tokio və İstanbul arasında baş tutub. Tokio səs çoxluğu üçün lazım olan minimum 49 səs həddini keçərək ev sahibliyini əldə edib.[8]
Şəhər | Ölkə | Birinci tur | Kənarlaşdırma | İkinci tur |
---|---|---|---|---|
Tokio | Yaponiya | 42 | — | 60 |
İstanbul | Türkiyə | 26 | 49 | 36 |
Madrid | İspaniya | 26 | 45 | — |
İdman proqramı
redaktə2020 Yay Olimpiya Oyunları üçün tədbir proqramı BOK-un idarə heyəti tərəfindən 9 iyun 2017-ci il tarixində təsdiq edilib. BOK prezidenti Tomas Bax bildirib ki, onların məqsədi Oyunlara "gənc" və "şəhər" görüntüsü vermək və qadın iştirakçıların sayını artırmaqdır.[10][11]
Oyunlarda cəmi 33 müxtəlif idman növü üzrə 339 yarış keçirilib.
İstinadlar
redaktə- ↑ 1 2 https://web.archive.org/web/20220623061718/https://olympics.com/en/olympic-games/tokyo-2020.
- ↑ "Olympics 2020: Tokyo wins race to host Games". BBC Sport. 7 September 2013. 5 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
- ↑ "Olympics history: Have the Games been postponed before?". Los Angeles Times. 24 mart 2020. 29 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2020.
- ↑ Mənbələr :
- McDonald, Scott. "The Reason why Olympics in 2021 will still be called the 2020 Olympic Games". newsweek.com. 25 mart 2020. 1 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2020.
- Denyer, Simon; Maese, Rick. "Tokyo Olympics organizers ban spectators from outside Japan in pandemic-control measure". Washington Post. 20 mart 2021. 20 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2021.
- Ingle, Sean; McCurry, Justin. "Spectators banned from most Olympic events as Covid emergency declared". The Guardian. 8 iyul 2021. 11 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2021.
- ↑ Dooley, Ben. "'Spectators Will Be Barred at Tokyo Olympics Amid New Covid Emergency". The New York Times. 8 iyul 2021. 2021-07-08 tarixində arxivləşdirilib.
- ↑ Cervantes, Alberto. "The Tokyo Olympics' Staggering Price Tag and Where It Stands in History". The Wall Street Journal (ingilis). 2021-07-23. ISSN 0099-9660. 13 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
- ↑ "Roma Olimpiyadan imtina etdi". 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-20.
- ↑ 1 2 3 "Olympic Host City Election | From Candidate to Host City". International Olympic Committee (ingilis). 2021-04-27. 8 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-08.
- ↑ Wilson, Stephen. "Results of the IOC vote to host the 2020 Summer Olympics". Austin American-Statesman. Associated Press. 8 sentyabr 2013. 4 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2018.
- ↑ "3-on-3 basketball officially added to Tokyo Olympics". CBC Sports. 10 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2017.
- ↑ "Tokyo 2020: Mixed-gender events added to Olympic Games". BBC Sport. 9 iyun 2017. 10 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2017.
Xarici keçidlər
redaktə- Tokio 2020 Arxivləşdirilib 2013-08-15 at the Wayback Machine