2023 Xankendi Zefer Paradi - Wikipedia
2023 Xankəndi Zəfər Paradı və ya Qələbə Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın əldə etdiyi zəfərin üçüncü ildönümünə həsr olunan Xankəndidə keçirilən tarixi hərbi parad.[1] Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.[2]
2023 Xankəndi Zəfər Paradı | |
---|---|
Tarix | 8 noyabr 2023 |
Yeri | |
Səbəbi | İkinci Qarabağ müharibəsi, Qarabağda döyüşlər, Zəfər Günü |
Vikianbarda əlaqəli mediafayllar |
Parad günü
redaktəParad Zəfər Günündə — 8 noyabr 2023-cü ildə Xankəndi şəhərində baş tutmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev parada qatılmışdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlət başçısı şəxsi heyəti salamladı. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin xatirəsi bir dəqiqə sükutla yad olundu. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirildi və İlham Əliyev paradda çıxış etdi.
Parad heyətləri
redaktə- Parada Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev başçılıq etmişdir.
- Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etmişdir.
- 1-ci Ordu Korpusunun parad heyətinə "Azərbaycan Bayrağı" və "Rəşadət" ordenli general-mayor Bilal Çompuzov başçılıq etmişdir.
- 2-ci Ordu Korpusunun parad heyətinə "Qarabağ" və "Rəşadət" ordenli general-leytenant Mais Bərxudarov başçılıq etmişdir.
- 3-cü Ordu Korpusunun parad heyətinə "Rəşadət" və "Vətənə xidmətə görə" ordenli polkovnik Oruc Abdullayev başçılıq etmişdir.
- 4-cü Ordu Korpusunun parad heyətinə "Azərbaycan Bayrağı" və "Rəşadət" ordenli general-mayor Münasib Babayev başçılıq etmişdir.
- 5-ci Ordu Korpusunun parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı və "Rəşadət" ordenli general-mayor Kənan Seyidov başçılıq etmişdir.
- Əlahiddə Ümumqoşun Ordunun parad heyətinə "Azərbaycan Bayrağı" ordenli general-mayor Məhəmməd Həsənov başçılıq etmişdir.
- Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadalarından ibarət parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xaliq İbrahimov başçılıq etmişdir.
- Hərbi Hava Qüvvələrinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadə başçılıq etmişdir.
- Dövlət Təhlükəsizliyi Xidmətinin Qartal xüsusi təyinatlılarından ibarət parad heyətinə "Qarabağ" ordenli polkovnik Cabir Cəfərov başçılıq etmişdir.
- Xarici Kəşfiyyat Xidmətinin Yarasa xüsusi təyinatlılarından ibarət parad heyəti.
- Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarından ibarət parad heyətinə "Vətənə xidmətə görə" ordenli general-mayor Tofiq Hüseynov başçılıq etmişdir.
- Dövlət Sərhəd Xidmətinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, "Vətənə xidmətə görə" ordenli general-mayor Babək Ələkbərov başçılıq etmişdir.
- Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət para heyətinə polkovnik-leytenant Eldar Quliyev başçılıq etmişdir.
Həmçinin bax
redaktəQalereya
redaktə-
Parada başçılıq edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev
-
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyəti
İstinadlar
redaktə- ↑ "Sabah Xankəndidə Zəfər paradı keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 2023-11-07. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
- ↑ "Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
Xarici keçidlər
redaktə- Vikianbarda 2023 Xankəndi Zəfər Paradı ilə əlaqəli mediafayllar var.