20 Yanvar Abide Kompleksi - Wikipedia
20 Yanvar abidə-kompleksi — Bakıda 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks.
20 Yanvar abidə-kompleksi | |
---|---|
40°24′13″ şm. e. 49°48′24″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Bakı |
Hündürlüyü | 8 m |
Material | tunc, qranit |
1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Abidənin açılışını Azərbaycan prezidenti İlham Əliyev edib[1].
Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib[2].
20 yanvar abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürülüb.Sitat səhvi: <ref>
teqində yanlış parametr
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ ""20 Yanvar abidə-kompleksi" açıldı". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
- ↑ "Şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksi açıldı". 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-21.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |