24 Tv Turkiye - Wikipedia
24 TV (tam adı: 24 Televiziyası, türk. 24 Televizyonu, tələffüzü: İyirmi dörd TV) — Əthəm Sancağın sahib olduğu Esmedya şirkətinin nəzdində fəaliyyət göstərən ölkə-səviyyəli Türkiyə televiziya kanalı.[1] 2007-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyədir.
24 TV | |
---|---|
| |
Ölkə | Türkiyə |
Yayım ərazisi | Türkiyə |
Dil | Türk dili |
Baş qərargah | İstanbul |
Yaranma tarixi |
2007 yanvar 24 2007 fevral 24 (xüsusi kanal) (test yayımı) |
Sahibi |
Əthəm Sancaq (2007-2009) Təvhid Qaraqaya (2009-2016) Əthəm Sancaq (2016-h.h) |
Rəhbərlik | Murad Çiçək |
Şüar |
Sözü Türkiye'nin özü (azərb. Türk mahiyyətinin sözü, 2007-2013) Doğrusunu Öğrenin (azərb. Həqiqəti öyrənin, 2013-h.h) |
Qardaş kanallar | 360 TV |
Sayt | yirmidort.tv |
Tarixi
redaktəKanal ilk olaraq Uzan Holdinq tərəfindən Max Haber (azərb. Maks Xəbər) adıyla qurulmuşdur, ancaq yayıma Star Haber 24 (azərb. Star Xəbər 24) adı ilə başlamışdır. Bu ad ilə qısa bir müddət ərzində yayım etdi, daha sonra isə bağlandı.
Tasarruf Mevduatı Sigorta Fonunun Star Media Qrupunu almasından sonra, Star qəzeti və "Kanal 24"-ün ad hüququ 19 milyon dollara satışa çıxarılmışdır, ancaq gözlənilən maraq görülməmişdir.[2] Daha sonra 2006-cı ilin mart ayında keçirilən tenderdə, kanalı 5 milyon 150 min dollara Şimali Kiprli biznesmen Əli Özmən Safa almışdır.[3] Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) prezidenti Əhməd Ərtürk, Özmənin tenderdə verdiyi 5 milyon 150 min dollarlıq təklifi 8 milyon dollara artırması və həmçinin 4 milyon dollar təzminat istəməsiylə, cəmi 12 milyon dollar verdiyini bildirmişdir.[2]
Əli Özmən Safa qəzeti və 24-ün ad hüquqlarını aldıqdan sonra, Ələəddin Qaya və oğlu Cüneyt Qaya birlikdə şirkət qurduqlarını bildirmişdir. Özmən şirkətin %60-in Qaya ailəsinə, 40%-in isə özünə aid olduğunu açıqlamışdır.[4] Bundan sonra, Əthəm Sancaq və 2008-ci ildə ürək tutmasından sonra vəfat edən Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Həsən Doğan, 2007-ci ildə birlikdə Star Media Yayım şirkətinə şərik olmuşdur.[2] Əthəm Sancaq, Əli Özmən Safa və Həsən Doğanın Star Media Yayım şirkətindəki paylarını alaraq şirkətin yeganə sahibi olmuşdur.[4]
20 may 2009 tarixində Star Media Yayım şirkətinin sahibi Əthəm Sancaq, şirkətdə sahib olduğu payların 50%-i Rixos Hotellərinin müəssisəsi olan Fəttah Tamincəyə təhvil verəcəyini demişdir.[4] Keçmiş millət vəkili Təvhid Qaraqaya qrupun paylarını Əthəm Sancaqdan alaraq Tevhit Karakaya grubun hisselerini Ethem Sancak’tan devir alarak İdarə Heyətinə gəlmişdir.
İstinadlar
redaktə- ↑ Kanal 24 yayım həyatına başladı, Haber7.com, İstifadə tarixi: 20 may 2009.
- ↑ 1 2 3 Star Qəzeti və Kanal 24-ə şərik oldu[ölü keçid], Medyaline.com, İstifadə tarixi: 20 may 2009.
- ↑ Star qəzeti Kiprli Safa Əli Özmənin Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Sabah, İstifadə tarixi: 20 may 2009.
- ↑ 1 2 3 ‘FƏttah Tamincəni Kanal 24 və Stara stratejik şərik alıram’ Arxivləşdirilib 2009-05-30 at the Wayback Machine, Superpoligon, İstifadə tarixi: 20 may 2009.
Xarici keçidlər
redaktəyirmidort.tv — 24 TV kanalının rəsmi saytı