3 Cu Ordu Osmanli Imperiyasi - Wikipedia
3-cü Ordu — Osmanlı Ordusunun tabeliyində olan ordulardan biri olmuşdur. İlk əvvəl Balkan ərazisində qurulsa da, sonradan dövlətin şimal və şərq hissələrini müdafiə etməyə cavabdeh olmuşdur. Balkan yarımadasında yerləşdiyi dövrdə 1908-ci ildə baş vermiş Yeni Türk İnqilabını dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etmişdir. Ordu mərkəzi müharibəyə qədərki dövrdə Selanik şəhəri olmuş, müharibə dövründə isə Ərzurum qalasına köçürülmüşdür. Məşhur zabitləri sırasında Ənvər Paşa və Mustafa Kamal Atatürk vardır.
3-cü Ordu | |
---|---|
Növü | Quru Qoşunları |
Yaranma tarixi |
1877-1914 5 avqust 1914-15 oktyabr 1918 |
Ölkə | Osmanlı İmperiyası |
Tabedir | Osmanlı ordusu |
Daxildir | Şərq Orduları qrupu |
Müharibələr | Birinci dünya müharibəsi |
Döyüşlər | Sarıqamış döyüşü |
Komandanlıq | |
Məşhur komandirləri |
Ənvər Paşa Hafiz Haqqı Paşa |
Birinci Dünya müharibəsi ərzində Rus Qafqaz Ordusu, erməni könüllü diviziyaları və erməni milislərinə qarşı döyüşmüşdür. Bu dövrdə Sarıqamış döyüşündə ağır məğlubiyyətə uğramış, həmçinin Köprüköy və Ərzurum döyüşlərində də ərazi itirmişdir.